“Qəbələ” “Neftçi”nin məğlubiyyətsizlik seriyasına son qoyub
Tarix: 20.10.2018 | Saat: 19:48:00 | E-mail | Çapa göndər



Oktyabrın 20-də futbol üzrə Topaz Premyer Liqasının 8-ci turuna “Qəbələ”-“Neftçi” oyunu ilə start verilib.
AZƏRTAC xəbər ki, Qəbələ şəhər stadionunda oynanılan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin heyətində Ceyms Adeniyi (14, 77) və Stiven Monroz (57) fərqləniblər. “Neftçi”nin yeganə qolunu isə Kvame Karikari vurub (90+4). Matçın 67-ci dəqiqəsində ev sahiblərinin heyətində Təmkin Xəlilzadə qırmızı vərəqə ilə cəzalandırılaraq oyunu tərk edib.
Beləliklə, cari mövsümdə “Neftçi” komandasının məğlubiyyətsizlik seriyasına səkkizinci turda son qoyulub. Hazırda hesabında 19 xal olan flaqman turnir cədvəlində birinci pillədədir.
Tur çərçivəsində bu gün oynanılan digər görüşdə “Qarabağ” komandası “Səbail” ilə qarşılaşır. Hazırda 16 xalla turnir cədvəlində ikinci sırada olan ağdamlılar iki top fərqi ilə qalib gələcəkləri təqdirdə liderliyi ələ keçirəcəklər.
Səkkizinci tur çərçivəsində oktyabrın 21-də “Sumqayıt”-“Sabah” və “Keşlə”-“Zirə” görüşləri oynanılacaq.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info