Azərbaycan Konyak Polar Festivalında yüksək səviyyədə təmsil olunub
Tarix: 21.10.2018 | Saat: 10:21:00 | E-mail | Çapa göndər



Fransadakı səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın Xalq yazıçısı, Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev Konyak şəhərində 23-cü Polar festivalında ölkəmizi təmsil edib.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Konyak şəhərinin meri Mişel Qurənşa bütün dünyada tanınan Çingiz Abdullayevi meriyada qəbul edib.
Konyakın meri iki ölkə arasındakı münasibətlərə toxunaraq, Konyak və Tovuz şəhərlərinin qardaşlaşmasından söz açıb. İki şəhər arasındakı əlaqələrin daha da möhkəmləndiyini qeyd edib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Konyakda böyük şairə Məhsəti Gəncəvinin abidəsinin meriyanın bağında ucaldılmasının orada əsil Azərbaycan mühiti yaratdığını diqqətə çatdırıb.
M. Qurənşa deyib “Biz çox istəyirik ki, Azərbaycanın dövlət başçısını və Birinci vitse-prezidentini Konyak şəhərində görək. Onları şəhərimizdə görmək bizim üçün böyük şərəf olardı”.
Fransadakı səfirliyimizin ikinci katibi Fərid Soltanov mədəni əlaqələrin iki xalq və ölkə arasında münasibətlərin möhkəmləndirilməsində oynadığı böyük roldan danışıb. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıb. Fondun dəstəyi ilə Fransada həyata keçirilən vacib layihələrdən danışıb. Konyak şəhəri ilə əlaqələrə böyük önəm verildiyini diqqətə çatdırıb.
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev Polar festivalına dəvət etdiyi üçün Konyakın merinə təşəkkürünü bildirib. “Fransada nəşr olunan hər bir kitabım mənə böyük şərəfdir. Belə böyük ədəbiyyatı olan ölkədə nəşr edilən kitabla yalnız fəxr etmək olar.
Ancaq böyük şairəmiz Məhsəti Gəncəvinin abidəsini görəndə daha çox sevindim. Azərbaycan Yazıçılar İttifaqının katibi, Penklubun prezidenti kimi minillik tarixi olan belə bir şəhərdə Məhsəti Gəncəvinin abidəsinin ucaldılmasına verdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya böyük təşəkkürümü bildirirəm”, - deyə Ç. Abdullayev vurğulayıb.
Qəbulda müxtəlif ölkələrdən gələn detektiv yazıçılar da iştirak ediblər.
Sonra Məhsəti Gəncəvinin abidəsi ziyarət edilib.
Yenidən detektiv kitablar sərgilənən salona gələn Ç. Abdullayev Konyak Polar festivalının “Qızıl kitabı”nı imzalayıb. Kitabseverlər dünyada tanınan yazıçımızın əsərlərinə xüsusi maraq göstəriblər. Onun imzası ilə kitablarını alıblar.
Festivalın prezidenti növbəti Polar festivalında Azərbaycan detektiv yazıçısının əsərləri ilə yanaşı, onların əsasında çəkilmiş filmlərin göstərilməsi ilə bağlı marağını gizlətməyib. Gələn il Ç. Abdullayevin əsərləri əsasında çəkilmiş filmlər də festivalda yer alacaq.
Qeyd edək ki, Konyak şəhərində keçirilən 23-cü Polar festivalında oxucuların dünyanın müxtəlif ölkələrindən gələn detektiv yazıçılarla görüşmək və onların imzası ilə kitablarını almaq şansı olub. Üç gün davam edən festival çərçivəsində detektiv filmlər, tamaşalar nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Afaq Məsudun kitabı gürcü dilində nəşr olunub
19.04.2019
“Əlvida, Şmidt!” bədii filmi təqdim edilib
19.04.2019
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19.04.2019
Akademik Musiqili Teatr “Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək
19.04.2019
Aprel döyüşlərinə həsr edilən “Ovçu“ romanı özbək dilində

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info