“Star“ NEZ-in açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir
Tarix: 21.10.2018 | Saat: 10:44:00 | E-mail | Çapa göndər



"Star" neft emalı zavodunun açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir.
Bu barədə Trend-ə tanınmış türkiyəli ekspert, professor Saleh Yılmaz deyib.
Ekspertin qiymətləndirməsinə görə, "Star" NEZ-in açılışı Türkiyə iqtisadiyyatı üçün böyük gəlir vəd edir: "Birgə müəssisəyə böyük investisiyalar qoyulub və bu layihənin iqtisadi məqsədəuyğunluğunu nəzərə alaraq, o, Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük gəlir gətirəcəkdir. "Star" NEZ - güclü müəssisədir və onun açılışı ikitərəfli əməkdaşlığın miqyasını genişləndirəcək, energetika sahəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini yaxşılaşdıracaq".
S.Yılmaz qeyd edib ki, Türkiyə və Azərbaycan regionda və dünyada yaxşı tanınan beynəlxalq əhəmiyyətli böyük nəqliyyat layihələrinin həyata keçirilməsində yaxşı ikitərəfli əməkdaşlıq təcrübəsi əldə ediblər: "Bu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləridir və onlar regionda və dünyada Azərbaycan və Türkiyənin iqtisadi maraqlarının irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bütün bu meqaproyektlərin bizim ölkələrə çox böyük gəlir gətirməsi ilə yanaşı, onlar həmçinin regionda sabitliyin saxlanmasında mühüm rol oynayırlar".

Ekspert əlavə edib ki, Azərbaycan və Türkiyənin mühüm birgə meqaproyektləri sırasına regionun təhlükəsizliyinin təminatında ciddi əhəmiyyəti olan Trans-Anadolu kəməri (TANAP) daxildir.
S.Yılmaz bildirib ki, Türkiyə və Azərbaycanın birgə iştirakı ilə həyata keçirilən layihələr Türkiyə və Azərbaycan xalqlarının milli maraqları əsasında dayanan iki ölkənin birliyi və etibarlılığının göstəricisidir.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info