Erməni hakimiyyəti altındakı yeni bir “bomba”
Tarix: 21.10.2018 | Saat: 13:57:00 | E-mail | Çapa göndər


Son vaxtlar Nikol Paşinyan hətta inqilab tərəfdarları tərəfindən də birmənalı şəkildə qəbul edilməyən bəyanatlar verməklə gündəmə gəlməkdədir. Ermənilərin “1in.am” saytı onun “Ermənistanda oliqarxların olmaması ilə bağlı” söylədiklərini də bu qəbildən olan bəyanat kimi dəyərləndirib. Paşinyanın bu fikirləri “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanın yanında səsləndirməsini sayt, Ermənistanın ən böyük oliqarxı kimi tanınanTsarukyana Paşinyan tərəfindən verilən “kart-blanş” kimi qəbul edir.
Maraqlıdır, ötən bir ay ərzində Ermənistandakı oliqarxlar hara yox olub belə? Axı, bir ay əvvəl, İrəvan şəhəri merliyinə seçki kampaniyası zamanı Paşinyanın özü "asfalt döşəməsi" əməliyyatı ilə bağlı ölkədəki oligarxiyanı təhdid etməmişdimi? O da maraqlıdır ki, artıq meydan alqışlarının aludəçisinə çevrilmış Paşinyan bəzən çıxış etdiyi auditoriyanı, onun tərkibini nəzərə almır. Bunu omun səbatsızlığından daha çox, onun siyasət adamı olmaması ilə də əlaqələndirmək olar. Doğrudur, oligarxiya ilə bağlı “çaşdığını etiraf edən” Paşinyan Qafanda keçirilən mitinq zamanı bir müddət əvvəl dediklərini “malalamağa” da cəhd edib. Lakin artıq bunlara nə hacət. Onun “Ermənistanda "azlıq hakimiyyəti" kimi oliqarxiya yoxdur” deyib dərslik formullarının köməyi ilə vəziyyəti düzəltməyə çalışması da elə bir effekt verməyib. Çünki "oliqarxiya" termini daha geniş bir məzmuna malikdir və artıq "azlıq hakimiyyəti" ilə müəyyənləşdirilmir.
Bunu “1in.am” saytı da gizlətmir: “Bu gün Ermənistanda oliqarx hakimiyyət dəyişsə də, lakin hələ də hakimiyyət orqanlarında tamamilə məhv edilməmiş və hələ də reabilitasiya üçün bir qaynaq olaraq qalır. Bu gün Ermənistanda oliqarxlar yoxdursa, iqtisadi xarakterli yeni cinayətlərin açılması demək olar ki, istisna edilir. Məhz bu mənada, oliqarxiyanın pulları ya hakimiyyətin altına girov qoyulmuş bomba olacaq, ya da ölkədən sərbəst şəkildə çıxarılacaq. Əlbəttə ki, hər iki variant ölkə qarşısında duran siyasi və iqtisadi risklərin sayının artması baxımından hökumət üçün son dərəcə təhlükəlidir”.
Saytın fikrincə. əgər Nikol Paşinyanın oligarxiya ilə bağlı ifadələri taktika deyilsə, deməli inqilabın gündəmində yanlışlıq mpvcuddur .
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info