Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” başa çatıb
Tarix: 21.10.2018 | Saat: 20:57:00 | E-mail | Çapa göndər



“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən üçüncü “Arıçılıq məhsulları-bal festivalı” oktyabrın 21-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, həmin gün arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə keçirilən müsabiqənin nəticələri elan edilib. Müsabiqədə I yerə Ordubad rayonunun Ələhli kəndindən olan arıçı Yaşar Həbibov, Şahbuz rayonunun Şahbuz şəhərindən Allahverdi Allahverdiyev, Babək rayonunun Babək qəsəbəsindən Hüseyn Orucov, II yerə Naxçıvan şəhərinin 54-cü məhəlləsindən İmran Məmmədov, Culfa rayonunun Kırna kəndindən Həsən Məmmədov, Şərur rayonunun Günnüt kəndindən Fikrət Məmmədov, III yerə Culfa rayonunun Kırna kəndindən Fəxrəddin Vəliyev, Kəngərli rayonunun Təzəkəndindən Habil Abbasov, Sədərək rayonunun Sədərək kəndindən Mahir Əliyev layiq görülüblər.
Qaliblərə diplomlar təqdim olunub.
Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəngarəng konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.
Qeyd edək ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 288 arıçı tərəfindən 12 min 985 kiloqram süzmə, 3342 kiloqram şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyətə malik olan dərman bitkiləri və digər məhsullar çıxarılıb. Həmin məhsullar xüsusi taralarda qablaşdırılıb. Həmçinin baldan hazırlanan müxtəlif şirniyyatlar, şərablar, doşab və şərbətlər də festival iştirakçılarına təklif edilib.
Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bu səbəbdən də arıçılığın inkişafı diqqətdə saxlanılır. Arıçılığın əhəmiyyəti təkcə qiymətli arı məhsullarının istehsalı ilə bitmir, eyni zamanda, əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrindən biridir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info