Parisdə Azərbaycan kənd təsərrüfatı naziri fransalı həmkarı ilə görüşüb
Tarix: 22.10.2018 | Saat: 09:20:00 | E-mail | Çapa göndər



Parisdə səfərdə olan kənd təsərrüfatı naziri İnam Kərimov fransalı həmkarı Didye Giyom ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Sial Paris beynəlxalq ərzaq sərgisi məkanında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir İnam Kərimov Fransanın ölkəmizin kənd təsərrüfatı, eləcə də digər sahələrdə əsas strateji tərəfdaşı olduğunu bildirib. İki ölkə arasında yüksək səviyyəli dostluq münasibətlərinin, səmərəli iqtisadi münasibətlərin bir çox sahələrdə ikitərəfli əməkdaşlıq üçün münbit şərait yaratdığını diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə daxil olub. Ölkə rəhbəri tərəfindən aparılan düşünülmüş və düzgün siyasət sayəsində kənd təsərrüfatının sosial–iqtisadi göstəriciləri artıb, böyük uğurlar əldə edilib. Ötən il kənd təsərrüfatı ölkədə ÜDM-in 5.6 faizini təşkil edib.
Ərzaq təhlükəsiziliyi, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması ölkəmizdə vacib prioritetlərdən biridir. Aqrar sahədə innovasiyalardan istifadə, kənd təsərrüfatı işçiləri ilə yaxınlıq və yaxşı idarəçilik bu sahədə aparılan islahatların başlıca prinsipləridir.
Azərbaycan kənd təsərrüfatı naziri fransalı həmkarına ticarət əlaqələri və aqrar sahədə əməkdaşlığın perspektivləri, ölkəmizdən Fransaya ixrac olunan kənd təsərrüfatı məhsulları haqqında ətraflı məlumat verib. Kənd təsərrüfatı sahəsində memorandum və baytarlıq sahəsində protokol imzalandığını xatırladıb, aqrar sektorda müvafiq tədqiqatların aparılması, təcrübə mübadiləsi, innovativ texnologiyalardan istifadənin əhəmiyyətinə toxunub.
Fransa kənd təsərrüfatı naziri Didye Giyom azərbaycanlı həmkarını fransız dilində təmiz danışdığına görə təbrik edərək, bunun gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini bildirib. “Sizin fransız dilində belə səlis danışmağınız gələcək əməkdaşlıq üçün işimizi çox asanlaşdıracaq”-deyə D. Giyom vurğulayıb. O, aqrar sektorun inkişafının əhəmiyyətinə toxunub. Kənd təsərrüfatı sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Kənd təsərrüfat naziri İnam Kərimov fransalı həmkarını ölkəmizə səfərə dəvət edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info