Çikaqonun meri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar proklamasiya imzalayıb
Tarix: 22.10.2018 | Saat: 12:57:00 | E-mail | Çapa göndər


Çikaqo şəhərinin meri Ram Emanuel Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar proklamasiya imzalayıb. ABŞ Azərbaycanlıları Şəbəkəsinin, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və bütün dünya azərbaycanlılarına ünvanlanmış proklamasiyada 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa olunması faktı qeyd edilir.
Proklamasiyada, həmçinin Azərbaycanın coğrafi mövqeyi haqqında məlumat verilir, vurğulanır ki, Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ regionu da daxil olmaqla Azərbaycan Respublikasının ərazisinin sahəsi 33.440 kvadratmilə bərabərdir. Sənəddə xüsusi qeyd edilir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini və dövlət müstəqilliyini qeyd-şərtsiz tanıyır.
Sənəddə bildirilir ki, Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi, Azərbaycan hərbi qulluqçularının Kosovoda, İraqda və Əfqanıstan sülhyaratma missiyalarında iştirakını təmin edib, nüvə təhlükəsinə qarşı mübarizədə iştirak edib, beynəlxalq terrorizmin qarşısının alınmasına kömək edib, NATO ilə əməkdaşlıq edib, ABŞ-ı və Avropadakı müttəfiqlərini neft və qazla təmin edir, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Çikaqo şəhərinin meri Ram Emanuel Azərbaycanın Müstəqilliyi Gününün 27-ci ildönümünün bütün dünyada milyonlarla azərbaycanlı tərəfindən bayram edilməsini, Qafqazda azadlıq və demokratiya ideyalarının yayılmasına Azərbaycan Respublikasının banilərinin verdikləri töhfəni nəzərə alaraq, 18 oktyabr 2018-ci ili İllinoys ştatında Azərbaycanın Müstəqilliyi Günü elan edib.
Proklamasiya ABŞ Azərbaycanlıları Şəbəkəsi və İllinoysda yaradılmış ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi tərəfindən hər il keçirilən kampaniyanın gedişində Çikaqo Azərbaycan icmasının fəallarına təqdim edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır
20.03.2019
Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevə zəng edib
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info