Akademik İsa Həbibbəyli: Seyfəddin Altaylı hazırladığı lüğətlə təkbaşına bir institutun işini görüb
Tarix: 22.10.2018 | Saat: 13:17:00 | E-mail | Çapa göndər


Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda türkoloq Seyfəddin Altaylının “Azərbaycan türkcəsi sözlüyü” adlı üçcildlik müqayisəli lüğətinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrindən danışıb. Bildirilib ki, Seyfəddin Altaylı müəllifi olduğu lüğətlə təkbaşına böyük bir institutun işini görüb. Türkiyə vətəndaşı olan Seyfəddin Altaylı bu işi ilə Azərbaycan elminə çox sanballı töhfə verib. Kitabın ərsəyə gəlməsi Azərbaycan və Türkiyə üçün böyük bir dil bayramıdır. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi “Azərbaycan türkcəsi sözlüyü”nün Mahmud Kaşqarinin “Divani-lüğət-it türk” əsərindən sonra ərsəyə gələn ən önəmli 10-15 lüğətdən biri olduğunu deyib. Lüğətin nəşrini əlamətdar hadisə kimi dəyərləndirən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əsərin özəlliklərindən danışıb. Tədbirdə digər çıxış edənlər də belə bir sanballı kitaba görə müəllifə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Seyfəddin Altaylı 80 mindən çox sözü əhatə edən bu lüğət üzərində 30 il çalışıb.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
UFAZ-ın tələbələri Bakı Metropolitenində praktiki biliklərə yiyələnirlər
23.04.2019
“Azərbaycan dilinin Orfoqrafiya Normaları”
23.04.2019
Bakı Ali Neft Məktəbində SPM-in yeni qrupunun açılışı oldu
23.04.2019
Azərbaycan qalaları haqqında kitab nəşr edilib
23.04.2019
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info