Hikmət Şikarov: “Star”ın açılışı regionun tərəqqisinə öz töhfəsini verəcək”
Tarix: 22.10.2018 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Bu günlərdə açılışı olan “Star” neft emalı zavodunun iki ölkə üçün mühüm əhəmiyyəti olduğu bildirilir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun sözlərinə görə, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir: “Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Türkiyə-Azərbaycan münasibətləri olduqca çoxşaxəlidir və müxtəlif istiqamətlər üzrə kifayət qədər dərinliyə sahibdir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xəttin dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi sayəsində ölkələrimizin strateji tərəfdaşlığının daha da dərinləşməsinə nail olunub. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də heç şübhəsiz ki, iqtisadi əlaqələrdir”.
Hikmət Şikarovun fikrincə, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Star” neft emalı zavodunun açılışı gələcəkdə regionun tərəqqisinə öz töhfəsini verəcək: “Azərbaycan şirkəti olan SOCAR-ın 6.3 milyard dollarlıq sərmayə qoyuluşu ilə reallaşdırdığı “STAR” neft emalı zavodu artıq bütün dünyaya Azərbaycanı nəhəng layihələrin əsas investoru kimi təqdim etdi. Bizim üçün bu layihənin əhəmiyyəti ondadır ki, Türkiyə kimi iqtisadi imkanları geniş olan bir ölkəyə investisiya yatırmaqla hər iki ölkənin iqtisadiyyatının inkişafına yeni töhfə vermiş oluruq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
16.01.2019
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16.01.2019
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
16.01.2019
Sarkozi Azərbaycan-Fransız Universitetində olub
16.01.2019
İsveçrə səfiri icma rəhbəri Tural Gəncəliyevlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info