Şabranda xalça istehsalı müəssisəsinin tikintisi ilin sonuna kimi yekunlaşacaq
Tarix: 22.10.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı üçün yeni binanın və regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi bu ilin sonuna kimi yekunlaşacaq. Aprel ayından tikintisinə başlanılan müəssisədə hazırda son tamamlama və daxili tərtibat işləri aparılır. Artıq toxuculuq dəzgahları və digər avadanlıqlar da müəssisəyə gətirilib. Xalça istehsalı müəssisəsində 150 nəfər qadın işlə təmin olunacaq. Emalatxanada il ərzində təxminən 700 kvadratmetr xalça toxunması nəzərdə tutulub. Birmərtəbəli xalça istehsalı müəssisəsində toxuculuq zalı, emalatxana, yeməkxana, anbar, eləcə də rəssam, tibb və inzibati otaqlar yerləşəcək. İnşa edilən istehsal müəssisəsinin ümumi sahəsi 1200 kvadratmetr olacaq. Xalçaçılıq müəssisəsi ilə yanaşı, yun və boyaq bitkilərinin tədarükü məntəqəsi də tikilir. Tədarük məntəqəsi regional xarakter daşıyacaq. Buranın imkanlarından Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının sakinləri də bəhrələnəcəklər. Şabranda inşa olunan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi ölkəmizdə xalça istehsalının xammal bazasının təşkili üçün mühüm əhəmiyyətə malikdir. Bu cür müəssisələr Naxçıvan şəhərində, Bərdə, Qobustan və Sabirabad rayonlarında da fəaliyyətə başlayacaq. Məntəqələrə gətirilən yun Sumqayıtda tikilən Əyirici-Boyaq Fabrikində emal ediləcək. Cəmiyyətin bu il yaradılacaq xalça emalatxanalarında, tədarük məntəqələrində 2 minə yaxın insan daimi və mövsümi işlə təmin olunacaq.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info