ADPU-da “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib
Tarix: 22.10.2018 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri, respublikamızın tanınmış və nüfuzlu tarixçi-alimləri iştirak ediblər. Qeyd edək ki, Qafar Cəbiyev 5 monoqrafiyanın, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalənin müəllifi, "Qızıl qələm" mükafatı laureatıdır. Milli Televiziya və Radio Şurasının üzvüdür.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov öncə tədbirin təşkilatçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb. Universitet haqqında məlumat verən rektor bildirib ki, ADPU böyük elm və təhsil ənənələrinə malikdir. ADPU fəaliyyət göstərdiyi müddət ərzində 160 mindən çox kadr hazırlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü ADPU-nun məzunlarıdır. Hazırda bu ali məktəbdə 18 minə yaxın tələbə təhsil alır. 8 fakültə, 35 kafedra fəaliyyət göstərir. ADPU-nun 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Tədris 4 binada aparılır. Builki tələbə qəbulunun nəticələri ADPU üçün çox uğurlu olub. Belə ki, bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 566 nəfərə çatıb. Cari tədris ilində ADPU-ya filiallarla birlikdə 600-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 15 nəfər olub. Biz ADPU-da tədrisi yeni, müasir metodlar əsasında qurmağa çalışırıq. Bu gün universitetimizin kollektivinin həyatında əlamətdar bir gündür. ADPU-da “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatının keçirilməsi olduqca təqdirəlayiqdir. Biz tələbə-gəncləri dərin biliyə malik, milli ruhlu, vətənpərvər, müasir düşüncəli yetişdirməyə çalışırıq. Bu baxımdan, belə təqdimatlar mühüm əhəmiyyət kəsb edir.
Tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev çıxış edərək təqdimatın keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan ərazisində 100 illərdir ki, tədqiqatlar aparılır. Arxeologiya qədim tarixi abidələri tədqiq edən bir sahədir və tarix elmi üzərində dayanır. Mənim uzun illər boyu apardığım araşdırmalar, elmi-tədqiqatlar bu əsərdə cəmlənib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Teymur Bünyadov, AMEA-nın müxbir üzvü, ADPU-nun Ümumi tarix kafedrasının müdiri, professor Vəli Əliyev, BDU-nun professoru Cahangir Məmmədli, ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov və digər alimlər çıxış edərək “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitini yüksək elmi səviyyəyə malik bir əsər kimi səciyyələndiriblər və müəllifə yeni-yeni uğurlar arzulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirib
13.11.2018
BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018
ASCO-nun əməkdaşları “World Maritime University”də magistr təhsillərini başa vurublar
13.11.2018
Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
12.11.2018
Aİİ-də psixoloqla görüş keçirlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info