“UNEC-də bir gün” layihəsinə yenidən start verilir
Tarix: 22.10.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Abituriyentlər arasında sevilən və populyar olan “UNEC-də bir gün” layihəsinə bu ildən magistr və MBA təhsili almaq istəyənlər də qoşula bilər. Layihənin məqsədi abituriyentləri, eləcə də magistr və MBA təhsili almaq istəyənləri universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində onlara məsləhət vermək, fənlərdə dinləyici qismində iştirakına şərait yaratmaqdır. Qeyd edək ki, ötən tədris ilində “UNEC-də bir gün” layihəsində şəhər və region məktəblərindən 2000-ə yaxın şagird iştirak edib. Layihədən faydalanan şagirdlərin böyük əksəriyyəti artıq UNEC tələbəsi adını qazanıb. UNEC ölkədə dörd dildə (Azərbaycan, ingilis, rus və türk) magistr və bakalavr pilləsi üzrə təhsili verən, eyni zamanda xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada I, II, IV və V ixtisas qrupları üzrə 21 ixtisasda bakalavr təhsili həyata keçirilir. Dünyanın nüfuzlu ali təhsil müəssisələri olan London Universiteti/London İqtisadiyyat Məktəbi, ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramları aparılır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) 11 ixtisas 39 ixtisaslaşma (iqtisadiyyat və idarəetmə ixtisasları-26-cı proqram) üzrə 4 dildə magistr hazırlığı həyata keçirilir. BMDM-də ABŞ, İsveçrə, İtaliya, Litva və Turkiyə universitetləri ilə ikili diplom proqramları reallaşdırlır. Eyni zamanda UNEC-in Magistratura Mərkəzində 9 texniki və texnoloji ixtisas üzrə 23 ixtisaslaşmada magistr təhsili aparılır. MBA proqramı üzrə təhsil isə UNEC Biznes Məktəbində həyata keçirilir. Burada 14 ixtisas üzrə (56-cı proqram) kadr hazırlığı ilə yanaşı, İsveçrənin UBİS (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) universiteti ilə ikili dərəcə proqramı reallaşdırılır. UNEC Biznes Məktəbi EFMD-nin (İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna) tam hüquqlu üzvüdür. Qeyd edək ki, 2018/2019-cu tədris ilində II ixtisas üzrə Prezident təqaüdçülərinin 75%-i, magistratura üzrə isə Respublika birincisi məhz UNEC-i seçib. “UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 və 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycan İlahiyyat İnstitutunda mediatur təşkil olunub
21.01.2019
Azərbaycan məktəbləri beynəlxalq mükafata layiq görülüb
21.01.2019
“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
19.01.2019
20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
18.01.2019
Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info