Bilik Fondu ilə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında Niyyət Protokolu imzalanıb
Tarix: 22.10.2018 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Bilik Fondunda gerçəkləşən mərasimdə hər iki qurumun rəhbərləri və əməkdaşları iştirak ediblər. Fondun icraçı direktoru Oktay Səmədov Niyyət Protokolunun imzalanması və əməkdaşlığa başlanılması təşəbbüsünün Assosiasiya və Bilik Fondu əməkdaşlarının iştirakı ilə keçirilmiş görüşlərdə maarifləndirici tədbirlərin birgə təşkili məsələlərinin müzakirəsi və mütəmadi fikir mübadiləsinin nəticəsi olaraq irəli sürüldüyünü xatırladıb. İcraçı direktor belə bir protokolun imzalanmasına ehtiyac olduğunu deyərək, sənədin ölkə əhalisinin maarifləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq cəhdlərininin dəstəklənməsi və inkişaf etdirilməsi məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, sahibkarlıq fəaliyyətinin təbliği və təşviqi ilə bağlı birgə layihələrin işlənib hazırlanması, xanımların lektor qismində mühazirələrə cəlb olunması, elmi-praktik konfransların, maarifləndirici görüşlərin, intellektual müsabiqələrin, bilik yarışmalarının, təlimlərin təşkili, materialların nəşri, qısametrajlı sənədli filmlərin, video-çarxların çəkilməsi, Assosiasiyanın təqdim etdiyi məlumatlar əsasında vakant iş yerlərinə dair məlumat bankının yaradılması, xarici ölkə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə maarifləndirici layihələrə cəlb edilməsi Protokolun əsas mahiyyətini təşkil edir. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək, sənəddə əksini tapan müddəaların həyata keçməsi istiqamətində səylə çalışmağa hazır olduqlarını bildirib, rəhbərlik etdiyi qurumun potensialından yararlanaraq, ictimaiyyətin iqtisadi baxımdan maarifləndirilməsi işinə töhfə verəcəklərini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində əksini tapan tələblərə uyğun fəaliyyət göstərdiklərini deyən S.Babayeva Bilik Fondu ilə faydalı əməkdaşlıq çərçivəsində qadınların bacarıqlarının müxtəlif istiqamətlərdə düzgün yönləndirilməsinə dəstək verə biləcəklərinə əminliyini ifadə edib. Niyyət Protokoluna uyğun olaraq, birgə fəaliyyət proqramının hazırlanması qərara alınıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info