“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirilir
Tarix: 22.10.2018 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Rusiyanın Həştərxan vilayətində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirilir. Həştərxan şəhərində keçirilən Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edir. Forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Azərbaycan nümayəndə heyətinin üzvləri parkda ağac əkiblər. Sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozov qəbul edib. Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-siyasi, humanitar sahələrdə sıx əlaqələrin movcud olduğu vurğulanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda ulu öndər Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb, Ümummilli Liderin adını daşıyan park, ümumtəhsil məktəbinin binası tamamilə yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilib. Uşaq bağçasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Həmçinin Həştərxan şəhərində “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, “Meçta” uşaq əyləncə şəhərciyi şəhər sakinlərinin istifadəsinə verilib. H.Hüseynova xatırladıb ki, bu ilin sentyabrında Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda qadın sahibkarlar da iştirak ediblər, Forum çərçivəsində bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb. Həştərxan vilayəti qubernatorunun vəzifələrini icra edən Sergey Morozov Həştərxan və Azərbaycanda qarşılıqlı biznes mərkəzlərinin tikilməsinin əhəmiyyətini vurğulayıb, qadın sahibkarları forumunun bu əlaqələrin inkişafına dəyərli töfə verəcəyinə əminliyini ifadə edib. Həştərxan vilayət Dumasının deputatı İrina Brıntseva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfərini xatırlayaraq bildirib ki, həm Rusiyada, həm də Azərbaycanda qadınların ictimai-siyasi həyatda yaxından iştirakına, qadın sahibkarlığının stimullaşdırılmasına xüsusi önəm verilir. Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Həştərxan hökumətinin beynəlxalq və xarici-iqtisadi əlaqələr naziri Denis Afanasyevin iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Azərbaycan və Həştərxan vilayətindən 350-yə yaxın qadın sahibkarın iştirak etdiyi Forum çərçivəsində işgüzar görüşlər, ustad dərsləri, biznes layihələrin təqdimatı və digər tədbirlər keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info