Yarmarkada 15 manata bal almaq mümkündür
Tarix: 23.10.2018 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Arıçılıq məhsullarının Bakıda keçirilən sərgi-satış yarmarkasına çıxarılmış 120 ton balın böyük hissəsi satılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, yarmarkaya çıxarılan 120 ton bal anbarlarda yerləşdirilib və bu günədək onun 107 tonu satışa verilib: “Hazırda anbarlarda cəmi 13 ton bal qalıb və bazar gününə kimi həmin balın da satışa çıxarılacağını gözləyirik. Anbardakı bal arıçıların sifarişi əsasında onlara verilir. Yarmarkanın ilk günündə satış üçün anbardan arıçılara 30 ton bal verilmişdi, indi isə bu rəqəm 107 tona çatıb. Aradakı fərqi və gündəlik satış həcmini nəzərə alsaq, iki həftə ərzində sərgi-satış yarmarkasında 70 tona yaxın balın satıldığını söyləyə bilərik. Təbii ki, bu rəqəmlər nisbidir və dəqiq satış həcmi yarmarkanın yekununda məlum olacaq”. Vüqar Hüseynov bildirib ki, vətəndaşlar arasında yarmarkaya maraq böyükdür və bu, satışın həcminə müsbət təsir göstərir: “Apardığımız reklam kampaniyası paytaxt sakinlərində yarmarkaya marağı artırıb. Reklam işini əsasən sosial şəbəkələr üzərindən təşkil edirik, bundan başqa metro stansiyalarında, “ASAN xidmət” mərkəzlərində yarmarkanın keçirildiyi yer və tarixin əks olunduğu reklam tabloları yerləşdirilib. Medianın yarmarkanın işinin müntəzəm işıqlandırması da vətəndaşların tədbirə marağının artmasında böyük rol oynayıb və həmkarlarımıza ümumi işimizə verdiyi dəstəyə görə təşəkkür edirik. Artıq bazar günü yarmarka başa çatacaq və vətəndaşları arıçılıq məhsullarını almaq üçün ildə bir dəfə yaranan bu fürsətdən yararlanmağa çağırırıq”. KTN rəsmisi bildirib ki, oktyabrın 5-dən 28-dək keçirilən yarmarkada qiymətlər sərbəstdir: “Nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Arıçılara da bildirmişik ki, satdıqları bala qiymət qoymaqda sərbəstdirlər. Liberal iqtisadiyyatdır, kim öz məhsulunu neçəyə istəsə təklif edə bilər. Bu baxımdan yarmarkanın ilk günlərində balın orta qiyməti 25 manat olaraq formalaşmışdı, amma son günlər qiymətlərdə ucuzlaşma müşahidə olunur. Artıq yarmarkada 20, hətta 15 manata da bal almaq mümkündür. Qiymətlərin ucuzlaşması balın keyfiyyəti ilə bağlı deyil. Birincisi, arıçı qiyməti müəyyən edərkən alıcılıq qabiliyyətini nəzərə almalıdır. İlk günlər bunu nəzərə alanlar daha çox miqdarda bal sata biliblər. İkincisi, bəzi arıçılar artıq yarmarkaya gətirdikləri məhsulun 80 faizini satıblar, o səbəbdən qiyməti aşağı salaraq son məhsulu da satıb, evlərinə qayıtmaq istəyirlər. Buna görə vətəndaşlar balın qiymətinin ucuzlaşmasından narahat olmasınlar, bu, keyfiyyətlə bağlı deyil, sırf yarmarkanın başa çatmaq üzrə olması ilə əlaqədardır”. Vüqar Hüseynov bu il keçirilən yarmarkada iki mühüm nəticəyə nail olduqlarını bildirib. “Müxtəlif nəticələr var, yarmarkanın təşkili və gedişatı ilə bağlı məsələlər tədbir başa çatdıqdan sonra daha geniş təhlil olunacaq. Amma iki məsələdə real nəticəyə nail ola bilmişik. Birincisi, satışa keyfiyyəti aşağı olan bal nümunələrinin çıxarılmasının qarşısı qəti şəkildə alınıb, vətəndaşlar yarmarkada yalnız və yalnız xalis, təmiz balın satıldığına əmin ola bilərlər. İkincisi, əvvəlki illərdə keçirilən yarmarkalarda ən böyük problemlərdən biri tədbir keçirilən ərazinin yaxınlığında - küçələrdə, səki üzərində, metro girişlərində saxta bal alverçilərinin vətəndaşlara ucuz qiymətə keyfiyyətsiz məhsul təqdim etməsi idi. Bu il biz bu problemin həllinə nail ola bildik. Saxta bal alverçilərinin vətəndaşları aldatmasının qarşısını almaqda Daxili İşlər Nazirliyinin böyük rolu olub və bu prosesdə bizimlə birgə iştirak edən polis əməkdaşlarına xüsusi təşəkkürümüzü bildiririk”, - deyə V.Hüseynov qeyd edib. KTN rəsmisi bu il yarmarkanın Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlıq formatında keçirildiyini xatırladıb: “Yarmarkanın uğurlu təşkilində verdiyimiz bu qərarın da böyük rolu olub. Əsl arıçılar hər bir məsələdə bizdən köməklərini əsirgəməyiblər. Hesab edirik ki, növbəti illərdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığı daha da genişləndirməyə ehtiyac var”.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19.04.2019
Bakıda İran Ticarət Mərkəzi açılıb
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info