“Hərəyə bir kitab” adlı sosial aksiyaya start verilib
Tarix: 02.11.2018 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin dünyagörüşünün formalaşdırılması, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, gənclərin intellektual və mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və sosial yönümlü layihələr həyata keçirir.
Bu məqsədlə, Aİİ-də noyabr ayının 1-dən “Hərəyə bir kitab” adlı aksiyaya start verilib. Aksiyanın məqsədi istifadə edilməyən ədəbiyyatın (kitab, dərslik və digər nəşr nümunələri) toplanılaraq ehtiyacı olanlara çatdırılmasıdır.
Noyabr ayının 30-na kimi davam edəcək aksiyada əldə edilən ədəbiyyat Uşaq və Qocalar evlərinə hədiyyə olunacaq.
Aİİ-də, həmçinin tədris keyfiyyətinin yüksəldilməsi, təhsil psosesinin təkmilləşdirilməsi və müəssisənin innovativ fəaliyyətinin təmin edilməsi məqsədilə “Təklif və iradlar” sorğusuna da başlanılıb. Bu səbəbdən, İnstitut əməkdaşlarının və tələbələrin fikirlərini əks etdirən şəffaf qutu təşkil olunub.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. Şəffaf, modern, qabaqcıl meyarlar ilə formalaşdırılan İnstitut dünya standartlarına uyğun yüksək təhsilin verilməsi, qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün mümkün olan bütün vasitələrdən yararlanır.

Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
ABŞ-da üç türk akamedik ixtiraçılar siyahısına daxil olub
05.12.2019
Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC
05.12.2019
Məleykə Abbaszadə: “Doktoranturaya ingilis dilindən qəbul imtahanının DİM tərəfindən keçirilməsi müzakirə olunur“
05.12.2019
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib
05.12.2019
Komitə sədri: “Azərbaycan İlahiyyat İnstitutunda təhsil heç vaxt ödənişli olmayacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info