“İslamda yuxu və nəzər anlayışlarına Kvant fizikası perspektivindən baxış“
Tarix: 02.11.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2 noyabr 2018-ci il tarixdə "İslamda yuxu və nəzər anlayışlarına Kvant fizikası perspektivindən baxış" mövzusuna həsr olunmuş növbəti seminar keçirilib. Tədbirdə İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov açaraq İnstitutda mütəmadi olaraq müxtəlif mövzularda keçirilən seminarların maarifləndirmə məqsədi daşıdığını və bu tədbirlərin cəmiyyətdə maraqla qarşılandığını bildirib. O, Kvant fizikasının fiziki bir təlim olmaqla yanaşı, həm də fəlsəfə, teologiya və s. sahələrdə müzakirə obyektinə çevrildiyini xüsusi qeyd edib.
Sonra Kembric Universitetinin doktorantı Murad İsmayılov "İslamda yuxu və nəzər anlayışlarına Kvant fizikası perspektivindən baxış" mövzusunda məruzə ilə çıxış edib. İslamda yuxular və onların dini inancımızdakı yerinin izah olunduğu məruzədə yuxu ilə bağlı mövcud nəzəriyyələr, xüsusilə də Ziqmund Freyd və Karl Qustav Yunqun konsepsiyaları təqdim edilib. M.İsmayılov Yunq konsepsiyası ilə İslamın yuxuya yanaşması arasında paralelləri təsvir edərək, bir tərəfdən, müasir yuxu elmi, digər tərəfdən isə İslamda nəzərdə tutulan yuxu növləri arasındakı əlaqədən danışıb. Kvant fizikasının mənşəyi barədə məlumat verən M.İsmayılov bu fizikanı klassik makrodünyadan ayıran bəzi əsas fərqləndirici xüsusiyyətlərə diqqət cəlb edib. Məruzəçi insan şüurunu anlamaq üçün Kvant fizikasının əsas qaydalarının tətbiq edilməsi ilə əlaqədar ortaya çıxan bəzi dəlillərə toxunub. Son zamanlar Kvant fizikasında aşkar edilmiş qanunları İslamın yuxu şərhinə yanaşması ilə əlaqələndirən məruzəçi bu fizikanın anlayışları ilə İslamda nəzər anlayışı arasında qurulan əlaqəni nəzərə çatdırıb.
Seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb
13.12.2019
Elm Tarixi İnstitutu beynəlxalq elmi təşkilata üzv olub
13.12.2019
Səudiyyə Ərəbistanı Krallığının səfiri Aİİ-ni ziyarət edib
12.12.2019
Psixoloqların əmək haqları artacaqmı?
12.12.2019
Gürcüstandakı azərbaycanlı şagirdlər dərsliklərlə təmin olunaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info