Jurnalist yazı müsabiqəsi elan edildi
Tarix: 02.11.2018 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


“Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya” mövzusunda olan müsabiqə üçün yazıların qəbulu 27 noyabrda başa çatır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Prezidentin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi kimi, ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının təminatı, onların sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası istiqamətində aparılan işlər barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında, bu təbəqədən olan şəxslərin ictimai həyatda bərabərhüquqlu iştirakının genişləndirilməsinə, bacarıqlarının, məşğulluq imkanlarının dəstəklənməsinə cəmiyyətin diqqətinin artırılmasında, fiziki məhdudiyyətli insanların bir çox hallarda “məhdudiyyətsiz” imkanlarının tanıdılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır. “Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya” mövzusunda olan müsabiqə üçün yazıların qəbulu 27 noyabr 2018-ci il tarixdə başa çatır.
Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat); II yer üçün 2 nəfər (800 manat); III yer üçün 3 nəfər (500 manat) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulur. Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək. Qaliblər, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək
14.11.2019
Türkiyə Prezidenti Allahşükür Paşazadəni təbrik edib
14.11.2019
Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14.11.2019
ƏƏSMN və Baş Prokurorluq birgə məlumat yaydılar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info