Fatih Birol: “Neftin qiymətində yenidən sıçrayış ola bilər”
Tarix: 02.11.2018 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı, Küveyt və Rusiya neft istehsalını daha da artırmalıdır.
Bu sözləri “Bloomberg HT”yə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. O bildirib ki, dünyada neftə olan tələbat hələ də sürətlə artır: “İstehsal baxımından iki problem var. Bunların biri Venesuela, digəri də İrandır. Venesuela yaxın müddətə qədər 2,4 milyon barrel neft istehsal edirdi. Hazırda bu göstərici 1,2 milyon barrelə düşüb. Neft tarixində istehsalın bu qədər qısa müddətdə və belə böyük həcmdə azaldığı başqa ölkə olmayıb. İstehsal daha da azala bilər. İran isə gündəlik 2,7 milyon barrel neft istehsal edirdi. Hazırda hasilat 1,8 milyon barrelə düşüb. ABŞ-ın sanksiyalarından sonra İranın neft istehsalının hansı həcmdə azalacağı isə sual altındadır”. “Bir ay əvvəl neftin qiyməti 86 dollar/barrelə çatmışdı, hətta “qırmızı bölgə”yə girirdi. Çünki bu, qlobal iqtisadiyyatı təhdid edən səviyyə idi. İstehsalçı ölkələrə birgə hərəkət edərək hasilatı artırma çağırışı etdim. Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq əllərindən gələni etdilər və istehsalı artırdılar. Bazarlarda sabitlik oldu və qiymət 73 dollar/barrelə qədər düşdü. Bu da neftin qiymətinin iqtisadiyyatları üzərində təyinedici olduğu ölkələr üçün gözəl xəbərdir”, - deyə F.Birol əlavə edib. Səudiyyə Ərəbistanı, Küveyt və Rusiyanın neft istehsalını daha da artırmalı olduğunu deyən IEA-nın icraçı direktoru qeyd edib: “Yoxsa neftin qiymətində yenidən sıçrayış ola bilər. Lakin həmin ölkələrin məsuliyyəti öz üzərlərinə götürərək qiymətin daha çox artmasına maneə olacaqlarını düşünürəm”.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb
13.12.2019
Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək
13.12.2019
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
13.12.2019
AFB Bank beynəlxalq yarışın sponsoru oldu
13.12.2019
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info