Dövlət orqanlarında 12 vakant vəzifənin tutulması üçün müsahibə elan edilib
Tarix: 02.11.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 2-də dövlət orqanlarında A və B növünə aid dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 3-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr), 9-u isə B növünə (inzibati icraçı vəzifələr) aiddir.
Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri, Ekologiya və Təbii Sərvətlər Nazirliyində sektor müdiri vəzifələridir. Ümumilikdə isə Qida Təhlükəsizliyi Agentliyində 1 vəzifə, Hesablama Palatasında 2 vəzifə, Mədəniyyət Nazirliyində 1 vəzifə, Energetika Nazirliyində 1 vəzifə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1 vəzifə, Şəki Apellyasiya Məhkəməsində 1 vəzifə, Maliyyə Nazirliyində 5 vəzifə olmaqla 12 vakant vəzifə müsahibəyə çıxarılıb.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, müvafiq sənədlərin müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətləri və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə noyabrın 2-dən dekabrın 2-si saat 18:00-dək (30 gün müddətində) DİM-in internet portalına məlumatları yerləşdirərək qeydiyyatdan keçməlidirlər.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Gənclərin dünyanın öncül universitetlərində təhsil alması üçün şans yaranıb
09.12.2019
“Pirotexniki vasitələrin istifadəsi zamanı insanlarda ciddi narahatçılıq yaranır”
09.12.2019
Aİİ-də “Vikipediya” könüllüləri ilə görüş keçirilib
08.12.2019
İtalyandilli portalda Heydər Əliyev Beynəlxalq Aeroportunun binasından bəhs olunub
08.12.2019
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info