Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər verilib
Tarix: 02.11.2018 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 2-də Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxıblar.
Qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib, hava limanına 25 adda 30 yeni texnika və avtomobil alınıb. “Skymark” markalı yanacaqvuran, “Man” markalı yanacaqdaşıyan və yanğınsöndürən, “Mercedes” markalı xüsusi təyinatlı qartəmizləyənlər, “Schmidt” markalı yolsüpürən, “Trepel” markalı yükləyici maşınlar, təyyarə yedəkləri, yüksəldici platforma, “Trepel” markalı təyyarəçəkən, “Sherpa” markalı 4 tonluq baqajçəkmə traktorları, yükqaldıran maşınlar və digər mexanizmlər yüksək texniki göstəricilərə malikdir. “Mercedes Sprinter” markalı 2 mikroavtobus, “Fiat Doblo”, “Nazlifan” və “Mitsubishi” markalı minik avtomobilləri də işçi heyətin rahat hərəkətini təmin edəcəkdir. Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.

Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağı inşa olunur

Coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, müasir inkişafı və turizm potensialı Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatına olan tələbatı artırır, mülkü aviasiya sahəsində müasir infrastruktur yaradılır. Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası da bu sahədə görülən işlərin davamıdır.
Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında aparılan tikinti işləri ilə maraqlanıblar.
Məlumat verilib ki, uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Hazırda ərazidə torpaq işləri görülür. Tikinti işləri aparılarkən texniki tələblərə tam əməl olunur. Ərazidə yağış və qrunt sularının axıdılması üçün drenaj və kollektorlar qazılıb. Hazırda uçuş-enmə zolağının torpaq qatı bərkidilir, mühəndis-kommunikasiya xətləri çəkilir, yanğın nəzarət qülləsi inşa olunur. Müasir tələblər səviyyəsində tikilən uçuş-enmə zolağına keyfiyyətli asfalt-beton örtük salınacaqdır. Yeni uçuş-enmə zolağı istifadəyə verildikdən sonra Naxçıvan Beynəlxalq Hava Limanında yük və sərnişin dövriyyəsinin həcmi artacaqdır. Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması, eləcə də aviasiya təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilməsi barədə müvafiq tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı
15.11.2019
Məktəb psixoloqları üçün seminar keçirilib
15.11.2019
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
15.11.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Cəlilabadda vətəndaşları qəbul edib
15.11.2019
Bakının Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info