Professor Yeganə İsmayılova: «Koroğlu» bütün ziddiyyət və təzadlardan azad qılınc və söz qəhrəmanıdır.
Tarix: 02.11.2018 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Yeganə Nəhmətulla qızı İsmayılovadır. Yeganə xanım 5 monoqrafiyanın, 100-dən artıq elmi məqalənin və 4 kitabın müəllifidir. Müsahibəni təqdim edirik:
- Yeganə xanım, sualımıza Vəli Xulufludan başlanan koroğluşünaslıqdan başlardıq. Həmin dövrdə “Koroğlu” dastanı toplanmağa başlandı. Bu addımı ilk olaraq Vəli Xuluflu atdı və onun bu fədakar xidmətindən danışardıq.
- Azәrbaycanda “Koroğlu” dastanının özünәmәxsus söylәn¬mә, toplanma, nәşr vә tәdqiq tarixi vardır. Bu tarix gecən әsrin ilk qәrinәsindәn Güney Azәrbaycan aşıqlarının repertuarında süjetin formalaşması, Koroğlu adı ilә bağlı nәğmә, әfsanә, rә¬vayәt vә әһvalatların dastançılıq әnәnәlәrinә uyğun işlәnmә¬lә¬rindәn başlayıb. Tәbriz Koroğluxanları Koroğlu әһvalat¬larına yeni һәyat veriblәr. Süjeti xalqın tarixi qәһrәmanlıq әnәnә¬lәrinә uyğun yenidәn işlәmiş, qüdrәtli vәtәnpәrvәrlik, azadlıq-se¬vәrlik duyğularını һadisәlәrin ana xәtti sәviyyәsinә yük¬sәldiblәr. İ.Şopen vә A.Xodzko nәşrlәri Koroğlu һәqiqәti ilә dünyanı tanış edib, onun dünya tәdqiqatına cәlb edilmәsinә, Koroğlunun şәxsiyyәti ilә bağlı mülaһizәlәrin ərsəyə gәlmәsinә vә әn nәһayәt? eposun yazıya alınmasına sonrakı mәrһәlәlәrdә dә tәşәbbüslərin göstәrilmәsinә sәbәb olub. A.Xodzko mәtni 1856-cı ildә “Kafkaz” qәzetindә nәşr etdirdikdən sonra xalq arasınd¬a aşıq repertuarından Koroğlunun toplanmasına tәşәbb-üslәr artdı. Bu saһәdә ilk uğurlu cәһdi Qori seminariyasının müdavimlәrindәn olan Mirzә Vәlizadә göstәrdi. O, Gür¬cüstanın Kosalar kәndindәn “Koroğlu”nun bir çox nәğmә, әf¬sanә, rәvayәt vә әһvalatlarını aşıq repertua¬rından toplayıb çap etdirdi. Sonralar isә müxtәlif dövrlәrdә aşıqların dilindәn yazıya alınmış ayrı-ayrı mәtnlәr öz dövrü üçün nә qәdәr әһәmiyyәtli olsa da, Koroğlu һadisәsi barәdә bütöv süjeti әvәz edә bilmәyib. 1911-ci ildә Orucov qardaşları tәrәfindәn nәşr edilmiş “Koroğ¬lu”da İstambul nәşrlәri yalnız kiçik düzәlişlәrlә tәkrarәn çap olunub. 20-ci illәrin әvvәllәrindәn “Azәrbaycanı Öyrәnmə Cәmiy¬yәti” dә “Koroğlu”nun toplanmasına tәşәbbüslәr göstәr-ib. Müxtәlif mәtbu orqanlarında eposdan nümunәlәr, seçmәlәr, yeni yazıya alınmış parçalar çap olunub. Hәmin illәrdә bu saһәdә әn sәmәrәli fәaliyyәt göstәrәn¬lәrdәn biri isә folklorşünas professor Vәli Xuluflu idi. 1927-ci ildә V.Xuluflunun “Koroğlu”nun iki qolunu – “Toqat sәfәri” vә “Bağdad sәfәri”ni, һabelә bir sıra Koroğlu әһvalat, һadisәlәrini Tovuzda Aşıq Hüseyn Bozalqanlıdan toplayıb nәşr etdirdiyi mәlumdur. Folklorşünaslığımızın tarixindәn bәһs edәn profes¬sor P.Әfәndiyev bu mәsəlәdәn bәһs edәrkәn yazır ki, Burada Koroğlu һaqqında rәvayәtlәr Gәncә, Şamxor (Şəmkir), Qazax, Tovuz, Ağstafada olan qalalar – “Eldar oğuzu”, “Qarovul tәpәsi”, “Koroğlu qalası”, “Koroğlu qayası” kimi yer adları һaqqında danışılır, atalar sözlәri misal gәtirilir. Professor Vәli Xuluflunun “Koroğlu”nu toplamaq saһәsindә xidmәtlәri folklorşünaslığı¬mızda mәlum olsa da, onun dürüstlәşdirilmәsinә dә eһtiyac vardır. Әvvәla, yuxarıda qeyd edildiyi kimi, 1929-cu il nәşri һeç dә 1926 vә 1927-ci il nәşrlәrinin tәkrarı deyildir. 1927-ci il nәşri iki kamil qoldan ibarәt olmuşsa, 1929-cu il nәşrindә dastanın daһa dörd kamil qolu vә dastanlaşma mәrһәlәsindә olan 6 “Koroğlu” һekayәti verilib. Vәli Xuluflunun çap etdirdiyi “Koroğlu” nәşrlәrinin geniş ictimaiyyәtә mәlum olmaması, tәbii ki, һәmin nümunәlәrin 30-cu illәrin repressiya dövrünә düşmәsi, kitabxanalardan yığışdırılması ilә bağlı olub.
“Koroğlu” dastanı 1929-cu ildә V.Xuluflu tәrәfindәn “Azәrbaycanı Öyrәnmə Cәmiyyәti”nin xәtti ilә latın qrafikasında Hәnәfi Zeynallının redaktorluğu ilә yenidәn nәşr edilib. Nәşrdәn mәlum olur ki, bu, dastanın Vәli Xuluflu tәrә¬findәn toplanan son mükәmmәl nәşridir. Nәşr quruluş etibarilә maraq doğurur. Dastan ikinci çapa qeyd – “Başlınğıc әvәzinә” ön sözü ilә başlayır. Elә bu qeyddәn görünür ki, müәllif bundan әvvәl yalnız bir dәfә 1927-ci ildә dastanı çap edib. Profes¬sorun yazdığından göründüyü kimi, o, “Koroğlu”nu 1926, yaxud bәzi mәnbәlәrdә göstәrildiyi kimi, 1928-ci ildә çap etmәyib. Ön sözünün әvvәlindә Vәli Xuluflu maraqlı bir mәsәlәyә toxunaraq yazır ki, һәmin illәrdә ermәnilәr “Koroğlu”¬nu çapa һazırlamaq üçün ardıcıl tәşәbbüs göstәrir¬dilәr. Vәli Xuluflunun bu nәşri ümumilikdә “Koroğlu”nun on qolunu, dastandan xeyli әvvәl yaranmış bir oğuznamә variantını әһatә edir. Qolların vә dastanlaşma mәrһәlәsindә olan әһvalat¬la¬rın һamısı aşıq repertuarından yazıya alınıb. Burada Koroğ¬lu bütün ziddiyyәt vә tәzadlardan, Koroğlu qәһrәmanlığı üzәrinә kölgә sala bilәcәk ağ lәkəlәrdәn azad xalq qәһrәmanıdır. Bu variantda Koroğluya böyük mәһәbbәt vә etimad var, Koroğlu һәr cür ziddiyyәt vә tәzadlardan azad qılınc vә söz qәһrәmanıdır.
- “Koroğlu” dastanını həmin zamanlar ilk olaraq Vəli Xuluflu aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Hüseyn Bozalqanlıdan toplayıb. Aşığın dilindən toplanan iki qol “Koroğlu" dastanı üçün mühüm və nadir qollar hesab edilirdi. Vəli Xuluflunun Aşıq Hüseynin dilindən köçürdüyü bu dastan və bütövlükdə xalq yaradıcılığının yazılı ədəbiyyata köçürülməsində Aşıq Hüseyn Bozalqanlının oynadığı mühüm roldan söhbət açardınız.
- Aşıq Hüseyn Bozalqanlı aşıq ədəbiyyatını dərindən bilən bir xalq aşığı olub. Aşıq Hüseyn Bozalqanlı Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biridir. Onun haqqında ilk dəfə mətbu məlumata V. Xuluflunun 1927, 1929-cu illərdə çap etdirdiyi «Koroğlu» kitabında rast gəlirik. V. Xuluflu bu kitabda Aşıq Hüseynin tərcümeyi-halı haqqında ilk məlumat və şeirlərindən nümunələr də verib. Aşıq Hüseynin şeirlərini sonralar H. Əlizadə toplayıb, onları 30-cu illərdə çıxan müxtəlif aşıq kitablarında verib və nəhayət, 1938-ci ildə böyük sənətkarın şeirlərini ayrıca kitabça şəklində çap etdirib. Aşıq Hüseyn Bozalqanlının şeirlərindən ibarət başqa bir kitab 1975-ci ildə çap olunub. Aşıq Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. V.Xuluflu yazır ki, aşıq Hüseynin dediyinə görə, onun babası qarabağlı imiş, köçüb Bozalqanlıda yurd salıb. Hüseyndə aşıqlığa həvəs kiçik yaşlarından oyanıb. Ancaq o, 18-19 yaşlarında artıq saz çalır və söz qoşurdu. Aşıq Hüseyn heç bir ustad yanında şagirdlik etməyib. Öz səyi, bacarığı nəticəsində aşıqlığın sirlərinə yiyələnib, mahir bir sənətkar kimi yüksəlib.
V. Xuluflu yazır ki, Aşıq Hüseyn aşıqlığı özünə xüsusi bir sənət kimi seçməyib. Onun əsas sənəti əkinçilik olub. Bununla bərabər, o, toy, şənlik məclislərində həmişə iştirak edib. Tiflis, Borçalı, Göyçə, Qazax, Şamxor (Şəmkir), Gəncə tərəflərdə gəzib-dolaşıb. Bütün bu yerləri gəzdiyi, dolandığı, məclislər apardığı vaxtlarda heç bir aşıq onun qabağına çıxa bilməyib. V.Xuluflu göstərir ki, Aşıq Hüseyn Gəncə və Qazax mahallarında qabil aşıqlardan sayılır. Qazax camaatı arasında və həm də aşıqlar arasında çox hörməti var. Aşıq Hüseyn Bozalqanlı yalnız fəaliyyət göstərdiyi tərəflərdə deyil, bütün Azərbaycanda şöhrət tapıb. Aşıq Hüseyn Bozalqanlı 1941-ci ilin noyabrında vəfat edib. Aşıq Hüseyn Azərbaycan xalqının zəngin şifahi yaradıcılığını öz hafizəsində toplayıb: dastan, nağıl, bayatı və ustad aşıqların əsərlərini yaxşı mənimsəyib, xüsusilə «Koroğlu» dastanını yaxşı bilirdi. Aşığın şeirləri mövzuca rəngarəngdir. O, müxtəlif formalardan çox ustalıqla istifadə edib. Qoşma, gəraylı, gözəlləmə, müxəmməs, təcnis, cığalı təcnis, dodaqdəyməz, ustadnamə, dastan və başqa şəkillərdə zəngin irs qoyub gedib.
- Vəli Xuluflunun nəşr etdirdiyi “Koroğlu” kitabının 1929-cu il nəşrindən danışardınız. Və bildiyimiz qədər siz bu əsəri taparaq yenidən çap etdirmisiniz. Bu haqda da oxucularımıza məlumat verərdiniz.
- Mənim V.Xuluflunun «Koroğlu» - 1929 nəşrini üzə çıxarma¬ğım bir təsadüf üzündən ol¬ub. Azərbaycan Milli Elmlər Akade¬miyasının kitabxanasında tədqiqat işimlə bağlı dastanın bütün nəşrlərini nəzərdən keçirərkən V.Xuluf¬lunun 1927-ci il nəşrini istədim. Az sonra isə kitab¬xanaçı qız köhnə arxivdən dastanın 1929-cu ildə nəşr edilmiş variantını gətirdi. Bunun az məlum, lakin koroğluşünaslıq üçün çox əhəmiyyətli olduğunu görüb kitabı müasir tələblərə əsasən yenidən tərtib etdim, bir sıra bölmələri müasir tərtib prinsipi ilə yeni¬dən işləyib, dastana aid olmayan mətnləri çıxardım, nəşrdə pərakəndə halda verilmiş əlavələri sistemli halda yenidən ardıcıllıqla düzdüm.
Tərtib zamanı nəşrin elmi əhəmiyyət kəsb edən bütün hissə və bölmələrini, V.Xuluflunun ayrı-ayrı sözlərə verdiyi şərhləri saxladım. Bu nəşr «Koroğlu» dastanının 20-ci illərdə çap edilmiş ən yaxşı nümunələrindən biri, sonradan hazırlanmış bütün nəşrləri üçün örnək olub.
V.Xuluflu topladığı «Koroğlu» dastanı ilə sübut etdi ki, bu dastan xalq arasında aydın düşüncədə yaşamaqdadır. Bu nəşr («Koro𬬬lu» dastanının 1929-cu il nəşri) Azər¬baycanda çap olunan, «Koroğ¬lu»nun digər nəşrlərinin ha¬zırlanmasında mühüm rol oyna¬yıb. Təəssüf ki, repressiya dövrünün irticası alimin folklor sahə¬sində görəcək işlərini yarımçıq qoydu. Mərhum folklorşü¬nasın dastanın toplanması və nəşri sahəsində gördüyü tarixi işlər bu gün də öz əhəmiyyətini itirməyib və onun hazırladığı «Koroğlu» nəşri koroğluşünaslığımız üçün dəyərli mənbə¬lərdən biridir.
V.Xuluflunun bu nəşri, ümumilikdə «Koroğlu»nun 10 qolunu, dastandan xeyli əvvəl yaranmış bir oğuznamə variantını əhatə edir. Qolların hamısı aşıq repertuarından qələmə alınıb. «Koroğlu» bütün ziddiyyət və təzadlardan azad qılınc və söz qəhrəmanıdır.
- Həmin dövrlərdə V. Xuluflu ilə yanaşı, digər folklorçu alimlər də “Koroğlu” dastan və nağıllarını toplayıb çap ediblər. Amma əsas V. Xuluflunun tərtib elədiyi dastan götürülür. Bu dastanın özəllikləri nələrdir?
- “Koroğlu” dastanının Vәli Xuluflu nәşri Azәrbaycan aşıq repertuarında süjetin müxtәlif improvizәlәrdә, özü dә һeç bir tәsirlәrә mәruz qalmadan çox-çox әvvәllәrdәn mövcud olduğ¬unu, “Koroğlu” nağıl vә rәvayәtlәrinin xalq arasında özünәmәxsus aydın düşüncәdә yaranıb yaşadığını, xalqımızın etik vә estetik dünyagörüşünü özündә aydın şәkildә әks etdirdiyini göstәrir. Onun Azәrbaycanda “Koroğlu”nun sonrakı nәşrlәrinin dә һazırlanmasında müһüm rol oynadığını unutmaq olmaz. Bu nәşr, eyni zamanda aşıq repertuarında Koroğlunun canlı vә aydın obrazının uzun illәr yaşamasına da az tәsir göstәrmәyib. Tәәssüf ki, professor Vәli Xuluflunun “Koroğlu” üzәrindәki ardıcıl vә fәdakar işini repressiya dövrünün irticası yarımçıq qoyub, mәrһum folklorşünas dastanı bütöv vә tam һalda Azәrbaycan aşıqlarından toplayıb nәşr etmәyә macal tapma¬yıb. Bir tәrәfdәn 30-cu illәrin ortalarından qәһrәmanlıq tariximizә, әski dövr mәdәniyyәtimizә yad baxışların meydana gәlmәsi, digәr tәrәfdәn keçmişimizi öyrәnәnlәrin müxtәlif adlarla damğalanıb zindanlara atılması, һәyatına son qoyulması Vәli Xuluflunun da bütün qanı vә canı ilә girişdiyi “Koroğlu”nu Azәrbaycan aşıqlarından toplayıb nәşr etmәk kimi şәrәfli işini yarımçıq qoydu. Lakin mәrһum folklorşünasın dastanın toplanması vә nәşri saһәsindә gördüyü tarixi işlәr bu gün dә öz әһәmiyyәtini itirmәyib, onun һazırladığı “Koroğlu” nәşri bu gün dә koroğluşünaslığımız üçün dәyәrli mәnbәlәrdәn biridir.
- "Koroğlu" dastanının bizdə olan versiyası ilə yanaşı, Ahıska tüklərində olan versiyası da Vəli Xuluflu tərəfındən toplanaraq çap olunub. Bildiyimiz qədər bu versiyanı da siz yenidən çap etmisiniz. Söhbətimizi bu istiqamətdə davam etdirərdik.
- 1929-cu il nəşrinin ən önəmli məqamlarından biri “Gürcüstan-Ahıska türklərindən Koroğlu” dastanıdır. Bu, müstəqil və çox dəyərli bir variantdır. «Nəşrin II hissəsində «Gürcüstan-Ahıska türklərindən Koroğlu» əhvalatları əks olunur. Süjetin tamamlanması ilə bağlı bir çox dəyərli əhvalatlar burada özünü göstərir. Bu variant gös¬tərir ki, «Koroğlu», əslində, hələ XII-XIII əsrlərdə xalq ara¬sında müstəqil oğuznamə şəklində mövcud olub. Son¬ralar bu oğuznamə süjetləri tarixi faktlarla çarpazlaş¬ıb». «Gürcüstan-Ahıska türklərindən Koroğlu» variantını Məhəməməd Bidzinov V.Xulufluya təqdim edib. Bidzinov bu nağılı Ahıskada xalq aşığı Məhəmməd Yusifzadə Qoşayevdən yazıya alıb. Qoşayevin dediyinə görə, Koroğlunun məskəni olan Cəmilbel (Azərbaycanda Çənlibel və Çəmlibel deyirlər) Şayşet dağlarındadır. Həmin yerdə, guya, Koroğlunun sarayının, atının töyləsinin xarabaları hal-hazırda da görülməkdədir. Qolun maraqlı yazıya alınma tarixi var. V.Xuluflu yazır ki, bir sıra başqa variantlardan fərqli olaraq Ahıska variantı informatorun söylədiyi mətndir, o dəyişdirilməmiş, işlənməmiş və redaktə olunmamışdır. «Gürcüstan-Ahıska türklərindən Koroğlu» variantında maraq doğuran məsələlərdən biri də Aşıq Cünunla bağlıdır. Bu nağılda mənim vəzifəm mümkün qədər yerli şivəni saxlamaq, ancaq bəzi yerlərdə imla səhvini düzəltmək və bəzi əhəmiyyətsiz ixtisar etmək olub. Azərbaycan xalq dilinə nisbətən onun dili qəliz hesab olunur. Ancaq oranın şivə və tələffüzünü bilmədiyim üçün yoldaş Bidzinovun yazısını dəyişdirmədim. “Koroğlu” hekayəsi türk qövmlə¬ri¬nin bir çoxlarının arasında vardır. Lakin hər bir xalq arasın¬dakı rəvayət oranın həyat və əxlaqına görə olur. Ahıskadan gələn bu hekayədə də, şübhəsiz, yerli əhalinin də xüsusiyyətlərini göstərən cəhətlər vardır. Ona görə də oxucular üçün maraqlı olar zənnindəyik”.
- Sizin “Koroğlu» dastanında obrazlar sistemi" mövzusunda monoqrafiyanız da çap olunub...
- «Koroğlu» dastanının toplanması, nəşri və tədqiqi ilə bağlı uzun illər ərzində böyük işlər görülüb. Monoqrafıyada Azərbaycan koroğluşünaslığının əldə etdiyi elmi-nəzəri təcrübəyə isnad edilməklə nəzəri təmayüllü problem araşdırılıb. Belə ki, «Koroğlu» dastanının müxtəlif obrazları, süjet quruluşu kimi elmi problemlər müxtəlif tədqiqatların predmeti olmuşsa da, kitabda bu problemə sistemli yanaşılıb.
Əsərdə milli eposların öyrənilməsini dünya və milli təcrübəyə istinad edilib. Bu sahədə V.M.Jirmunski, X.T.Zərifov, B.A.Karrıyev, P.A.Qrintser, L.V.Qrebnyov, A.A.Dextyar və b. kimi dünya eposşünaslarının milli eposların öyrənilməsi sahəsində əldə etdikləri elmi-nəzəri uğurlardan eposun poetik quruluşunun universal tədqiqi prosesində yaradıcı şəkildə istifadə edilib. Monoqrafiyada hər bir eposun milli epik dünya görümünün tipi kimi özünəməxsusluqları nəzərə alınıb, ümumiləşmiş təcrübə mexaniki olaraq tətbiq olunmayıb. Bu baxımdan, kitabda Azərbaycan alimlərinin zəngin fonda malik dastanlarımızın öyrənilməsi sahəsində hasilə gətirdikləri nəzəri-elmi təcrübə diqqət mərkəzində saxlanılıb. M.H.Təhmasib, X.Koroğlu, P.Əfəndiyev, V.Vəliyev və b. Azərbaycan alimlərinin dastanların, o cümlədən «Koroğlu» dastanının tədqiqinə həsr olunmuş əsərlərindən yeri gəldikcə istifadə etmiş və nəticə etibarilə koroğluşünaslığa dəyərli töhfə verməyə cəhd göstərmişik.
«Koroğlu» dastanında obrazlar sistemi» kimi poetik struktur problemi düzgün nəzəri təhlil istiqamətində götürülüb və dolğun elmi nəticələr əldə edilib. Əsərdə dastanın mətninə, hər şeydən əvvəl, epik sistem kimi yanaşılıb. Sistemli yanaşma dastanın obrazlar sisteminin quruluş səviyyələrini aşkarlamağa imkan yaradıb. Dastanın süjeti epik obrazlaşmanın səviyyələrindən biri kimi götürülüb. Çünki süjet bir tərəfdən obrazlar sisteminin ayrılmaz ünsürü, o biri tərəfdən gerçəkliyin müəyyən obraz səviyyəsidir. Bütün bunlar obrazlar sistemini süjet səviyyəsində öyrənməyə şərait yaradıb. Süjetin epos-gerçəklik münasibətləri dairəsində götürülməsi «Koroğlu» dastanının tarixlə (gerçəkliklə) əlaqələrinin münasibətlər spesifikasını görməyə, təhlilə gətirməyə imkan verib.
Monoqrafiyanın «Koroğlu» dastanı süjetinin quruluşu» adlanın birinci fəsli əhatə etdiyi predmet baxımından dastanın obrazlar sisteminin süjet dairəsindəki ünsürlərini düzgün şəkildə müəyyənləşdirib. Kitabda problemin ona qədər aparılmış tədqiqatlar dairəsində götürülməsi onun öyrənilmə mənzərəsini aşkarlayıb. Süjetin tarixi semantikası bu yöndə müasir eposşünaslığın son nailiyyətləri səviyyəsində qoyulub. Məhz bu, bizə əsərdə «Koroğlu» eposunun tarixlə münasibətlərinin təsirləşmə dərəcəsi ilə bağlı düzgün nəticələr çıxarmağa imkan verib. Süjetin epik semantikası onun quruluş elementlərinə ayrılması, həmin quruluş elementlərinin ayrılıqda öyrənilməsi süjeti hərəkətə gətirən konfliktin açıqlanması ilə əlamətdardır. Kitabda süjetin başlıca konfliktinin sosial səciyyəli olması dəlillərlə ortaya qoyulub və bu da öz növbəsində eposun tarixlə əlaqələrinin daha da aydınlaşma səviyyəsini verib.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü
.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
04.12.2019
“Rusiyadakı Azərbaycan təşkilatları arasında birliyin olması bizim üçün ən vacib məsələdir“
03.12.2019
Şamil Tağıyev: “Rusiyadakı diasporun şəffaflığa ehtiyacı var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info