Regional münasibətlərdə iflas: ermənilərin Zurabişviliyə “stavka”sı uğursuz oldu
Tarix: 02.11.2018 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Cavaxetiya bölgəsində seçicilərin böyük əksəriyyətinin səs verdiyi və Gürcüstanda ermənipərəst siyasətçi kimi tanınan Zurabişvili bütün inzibati resursların səfərbər olunmasına baxmayaraq, uğur qazana bilmədi


Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sabiq məsləhətçisi, amerikalı analitik Linkoln Mitçell Gürcüstan hakimiyyətinə prezident seçkilərinin ikinci turunda müxalifətə güzəştə getməyi məsləhət görüb. Bu barədə Mitçell mətbuata açıqlamasında deyib. O, oktyabrın 28-də keçirilmiş seçkilərdə hakim partiyanın qalib gəlməməsini normal qiymətləndirib. Bildirib ki, seçkilərin ikinci turunda müxalifətdən olan namizəd Qriqol Vaşadzenin qalib gəlməsi daha yaxşı olar. Mitçell birinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvilinin qalib gələ bilməməsinin əsas səbəbini onun xarizmatik güclü namizəd olmaması ilə əlaqələndirib. Amerikalı analitikin sözlərinə görə, ikinci turda Qriqol Vaşadzenin qalib gəlməsi ölkənin imicinə xidmət edər. Jurnalistlərin “İkinci turda iqtidar səsvermənin nəticələrini saxtalaşdırarsa, Qərbin münasibəti necə olacaq?” sualına cavabında Mitçell deyib: “Yaxşı olar ki, hakim partiya bunu etməsin. Onun ikinci turda uduzması daha yaxşı nəticə olar. Əgər seçkilərin saxtalaşdırılması faktı təsdiqlənərsə, Qərb “Gürcü arzusu”nu Qriqol Vaşadzenin qələbəsini qəbul etməyə çağıracaq”. Qeyd edək ki, Gürüstanda keçirilən seçkidə hakim «Gürcü arzusu» partiyasının dəstəklədiyi Zurabişvilinin ilk turda qalib gələ bilməməsi bir çox amillərlə əsaslandırılır. Onlardan biri də erməni amili ilə bağlıdır. Məsələ ondadır ki, Zurabişvili seçki kampaniyası zamanı ermənilər yaşayan bölgədə verdiyi bəzi açıqlamalarla dövlətin ümumi siyasətinin əleyhinə çıxmışdı. Daha doğrusu, onun söylədiyi fikirlər Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan dostluq əlaqələrinin ruhuna uyğun deyildi. Maraqlıdır ki, ermənilər yaşayan Samsxe - Cavaxetiya bölgəsində seçicilərin böyük əksəriyyəti Zurabişviliyə səs vermişdi. Ermənilərin Zurabişviliyə olan “stavka”sı uğursuzluqla nəticələndi. Gürcüstanda ermənipərəst siyasətçi kimi tanınan və milli zəmində diskriminasiya xarakterli açıqlama verən Salome Zurabişvili bütün inzibati resursların səfərbər olunmasına baxmayaraq, uğur qazana bilmədi. İkinci turda da Zurabişvilinin qələbə qazana bilməsi ehtimalı azdır. Bu məğlubiyyət ermənilərin regional siyasətlə bağlı növbəti uğursuzluğunu ifadə edir. Son vaxtlar regional və beynəlxalq səviyyədə ciddi uğursuzluqlara məruz qalan Ermənistan istədiyini Gürcüstanda əldə edə bilmədi. Nə frankafoniya tədbiri, nə Avropa İttifaqından yardım almaq istəyi, nə də ABŞ dövlət başçısının təhlükəsizlik məsələləri üzrə müşaviri Boltonun səfərindən istədiyi nəticəni əldə edə bilməyən İrəvan hakimiyyəti təcrid vəziyyətini xeyli ağırlaşdırıb. Con Bolton İrəvanda olarkən bildirdi ki, əgər Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. ABŞ rəsmisi İrəvana başa salmağa çalışıb ki, regional əməkdaşlıq imkanlarını yenidən nəzərdən keçirməli və qonşuları ilə münasibətləri qaydaya salmalıdır. Ermənistanın iddialarına baxmayaraq, Rusiya da Paşinyan rejiminə inanmır və münasibətlərdə gərginlik və etimadsızlıq hökm sürür. Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir və daha çox gözləmə mövqeyi tutmaqdadır. 2017-ci ildə Serj Sarkisyanın hakimiyyəti dövründə Aİ Ermənistanda seçkilərin keçirilməsi üçün 7 milyon avro ayırdığı halda, Paşinyana ianə olaraq cəmi 3 milyon avro ayırıb. Bu ilin yayında Brüsseldə olan zaman Paşinyanın Aİ-dən əvəzsiz yardım formasında bir milyard avro tələb etməsi hələ də Aİ kuluarlarında gülüş obyektidir. Salome Zurabişvilinin simasında son uğursuzluq Ermənistanın regional münasibətlərdəki iflasını açıq şəkildə ifadə edir. Gürcüstan Dövlət İdarəçiliyi İnstitutunun professoru Tonik Şaraşenidze “Amerikanın səsi”nə açıqlamasında bildirib ki, Salome Zurabişvilinin ikinci turda qalib gəlməsi şansı minimumdur. O qeyd edib ki, müxalifətin ilk turda aldığı səslər ümumi götürüldükdə hakim partiyanın namizədinin səsindən çox olub: “Seçkidə iştirak 46,74 faiz olub. İkinci turda əsas məsələ ilk turda seçkidə iştirak etməyən seçicilərin nə qədər hissəsinin seçkiyə gələcəyi və kimə səs verəcəyi olacaq”. Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasında prezident seçkilərinin ikinci turunun keçirilməsi tarixi ilə bağlı məsləhətləşmələr başa çatıb. İkinci turun noyabrında 25-də keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Məlumat üçün qeyd edək ki, oktyabrın 28-də keçirilmiş birinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin yaratdığı “Güc birlikdədir” birliyinin namizədi Qriqol Vaşadze isə 37,7 faiz səs toplayıb.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Azərbaycan və gürcü xalqları arasında dini-mənəvi sahədə əlaqələr müzakirə olunub
21.11.2019
Erməni alim Paşinyanı şoka saldı: “Ermənistanda dövlət institutları dağılır, kin və nifrət təbliğatı aparılır”
21.11.2019
Zaxarova: “Qarabağ münaqişəsinin sülh planı bütün məcburi köçkün və qaçqınların əvvəl yaşadıqları ərazilərə dönmək hüququnu əhatə etməlidir”
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info