Müxalifətin ianə çağırışına xalqdan dəstək gəlmədi
Tarix: 02.11.2018 | Saat: 19:54:00 | E-mail | Çapa göndər



Son bir ildə “Meydan” TV-nin anormal fəaliyyətində xeyli geriləmə müşahidə olunur. Belə vəziyyət layihəni ərsəyə gətirənləri narahat etməyə bilməzdi. Bu səbəbdəndir artıq bir neçə aydır ki, “Meydan” TV-nin rəhbəri Emin Milli dəfələrlə insanlara müraciət edərək, yardım etməyə çağırır. Bir neçə gün öncə sosial şəbəkələr üzərindən videogörüntü ilə izləyicilərinə müraciət edən Emin Milli yenə də bu mövzudan söz açaraq, “dünya təcrübəsindən” nümunələr göstərib. O azərbaycanlılara acizanə şəkildə yalvararaq bildirib ki, kim ianə köçürsə, onun qarşısında baş əyəcək. Xaricdə yaşayan, öz ölkələrinin əleyhinə hər cür fəaliyyət qurmağa çalışan siyasi mühacirlərin düşdükləri gülməli durumun bariz nümunəsi olan bu acizanə, hiyləgər çağırışların olduğu videogörüntüdə əvvəlcə qeyd edilir ki, yalnız beynəlxalq fondlardan və s. mənbələrdən maliyyə almaqla media qurumunu saxlamaq olmaz: “Çalışırıq ki, daha çox jurnalistlər işə götürək, qəzet buraxaq, radiomuz olsun və s.”. Maraqlıdır, Emin Milli 20-dən çox işçi saxlamasını deyir, amma onun hansı maliyyə hesabına başa gəldiyini açıqlamır... İkinci bir tərəfdən hansı zərurət yaranıb ki, o heyəti artırmağı, “Meydan” TV layihəsini genişləndirməyi qarşısına məqsəd qoyub? Əlbəttə, bütün bunlar pul tələsidir, bununla bağlı videogörüntlərin sonrakı hissəsində də aşkar fikirlər səsləndirilir.
O daha sonra Texasda açılmış bir media qurumunu misal gətirərək deyir ki, onlar gəlirlərinin 25 faizini fondlardan yığırlar... Emin Milli bildirir ki, burada qeyri-adi heç nə yoxdur və Amerikada, dünyada xüsusi fondlar var ki, onlar belə maliyyə yardımları hesabına “müstəqil” medianı dəstəkləyirlər. Maraqlıdır, belə media orqanları bu cür mənbəyi, mənşəyi bilinməyən fondlardan aldıqları qrantları, doğrudanmı, rahat, sərbəst xərcləyib, əvəzində heç bir “xidmət” göstərmirlər? Əslində, “Meydan” TV-nin fəaliyyətinə baxsaq, aşkar görərik ki, bu, belə deyil. Gecə-gündüz öz ölkələrini, vətənlərini qaralayan bu şəxslər məhz xaricdən aldıqları bu cür yardımlar çoxalsın deyə, ittiham dolu uydurma yazılar, fikirlər, xəbərlərlə gündəmə gəlib, ilbəil “barıtı” daha çox etməyə çalışırlar.
Emin Milli daha sonra öz izləyicilərinin diqqətinə çatdırır ki, belə media qurumlarının gəlirlərinin 23 faizi məhz fərdi ianələr hesabına formalaşır: “Bizə böyük məbləğ köçürməyiniz lazım deyil, xahiş edirəm aylıq on dollar köçürün, bu yetər...”.
Doğrudan da müxalifət düşərgəsi, məhz müxalif sayt olan “Meydan”TV adına çox utancverici bir durum yaranıb. Xaricdən aldıqları, dəyəri yüz minlərlə ölçülən qrantları, gizli yardımları xərcləyib, qaranlıq mənbələrə ötürüb, pulsuz qalan bu adamlar indi də xalqın qəpik-quruşuna göz dikiblər. Əslində, xalq bu cür fırıldaqçıları, belə siyasi oyunların, anormal yalvarışların, varlanmağa hesablanmış pul yardımlarını çox görüb... İnsanlarımız onu da gözəl anlayırlar ki, Emin Millilərin bir məqsədi var, o da xalqın qeydinə qalmaq yox, müxalifət düşərgəsində öz mövqeyini gücləndirmək, gündəmdə qalmaq, daha çox maliyyə toplamaqdır. Yəni belə bir durumda və üstəgəl hakimiyyətdən narazı olmayan bir xalq hansı on dolları bu cür qaranlıq məqsədlər üçün xərcləyər, göndərər? Belə ianələr xəstələr, yardıma ehtiyacı olan ailələr üçün yönləndirilsə, daha məqsədəuyğun olmazmı? Əlbəttə, bu, belə də baş verir. Emin Milli də görür ki, neçə aydır yalvarmasına baxmayaraq, kimsə onun hesabına pul köçürmür, ona görə də ən son varianta əl ataraq, hansısa “beynəlxalq təcrübədən” söz açıb uydurma dolu çıxışlar edir...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama
27.11.2020
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
26.11.2020
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
26.11.2020
Fransa bəyan etdi: “dqr”i tanımırıq!

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info