Konserv məhsulları ixracını artıra bilərikmi?
Tarix: 02.11.2018 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


“Biz gərək pomidorun emalını təmin edək ki, məhsulumuz xaricə daha da böyük qiymətə satıla bilsin”

Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər göstəricilərdə də özünü büruzə verir. Bu ilin doqquz ayında kənd təsərrüfatında 4,3 faiz artım müşahidə edilir. Beləliklə, bu gün kənd təsərrüfatının bütün istiqamətləri üzrə planlı şəkildə iş aparılır və ənənəvi kənd təsərrüfatı sahələri bərpa edilir. Ölkə başçısı bildirib ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, üstəgəl ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq və artıq biz nəticələri görürük: “Hazırda pambıq yığımı mövsümü gedir və biz böyük məhsul gözləyirik, məhsuldarlıq da artacaq.
Tərəvəzçilik ənənəvi ixrac sektorumuzdur. Ancaq biz burada da işlərimizi təkmilləşdirməliyik. Deməliyəm ki, Rusiyaya pomidor ixracında Azərbaycan birinci yerdədir. Biz çalışmalıyıq ki, bu birinciliyi saxlayaq. Onu da qeyd etməliyəm ki, Azərbaycanda bir çox istixanalar salınır. Son məlumata görə, təqribən 400 hektar sahədə yeni istixanalar salınır, onların da böyük əksəriyyəti pomidor istehsalına hesablanıb. Ona görə, baxmalıyıq ki, nə qədər əlavə bazar bizim istehsalımızı həzm edə bilər. Eyni zamanda biz gərək pomidorun emalını təmin edək ki, məhsulumuz xaricə daha da böyük qiymətə satıla bilsin. Biz tərəvəz istehsalı və ixracı ilə bağlı çox böyük işlər görmüşük”.
Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də qeyd edilir ki, meyvə-tərəvəz məhsullarının emalı potensialının gücləndirilməsi məsələsi də aktualdır. Xatırladaq ki, Nazirlər Kabineti "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nı təsdiq edib. İxrac təşviqi şamil olunan qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısına sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, konservləşdirilmiş pomidor, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər, şəkər vasitəsilə konservləşdirilmiş tərəvəzlər də daxildir. İxracın təşviqi üzrə qəbul edilən qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili istiqamətində də mühüm addımlar atılır.

Türkiyə 98 ölkəyə turşu ixrac edir

Dünyada konserv məhsulların istehsalı getdikcə artmaqdadır və bir çox ölkələr bundan böyük məbləğdə gəlir əldə etməkdədir. Son illərdə dünya konserv meyvə və tərəvəz ticarətində bölgə olaraq Avropa qitəsi istər idxalda, istərsə də ixracatda ən yüksəkdə yer alır. İxracda öndə gedən ölkələr arasında Çin, İtaliya, İspaniya, Amerika Birləşmiş Ştatları yer alıb.
Türkiyə də konserv məhsullarının ixracında öndə gedən ölkələrdəndir. Ege Yaş Meyvə Tərəvəz İxracatçıları Birliyinin İdarə heyətinin başçısı Hayrettin Uçak 2018-ci ilin 9 ayı ərzində Türkiyənin turşu ixracının 151 milyon dollara çatdığını, Ege bölgəsindən reallaşan turşu ixracının isə 121 milyon dollardan çox olduğunu bildirib. O, 2018-ci ilin sonuna kim hədəfin Türkiyəyə 200 milyon dollar valyuta qazandırmaq olduğunu deyib. Qeyd edək ki, Ege bölgəsindən turşu ixracında kornişon xiyar turşusu 40 milyon 418 min dollarla zirvədə yer alıb. Kornişon turşu ixracını 36 milyon 242 min dollarla acı bibər turşusu təqib edir. Şirin bibərlərin turşu ixracı isə 27 milyon 892 min dollar təşkil edir. Bundan başqa, 16,5 milyon dollar çuğundur, göbələk, manqo, soğan, kələm və digər tərəvəz turşuları ixrac edilib.
Türkiyə 2018-ci ildə 98 ölkəyə turşu ixrac edib ki, ilk sırada 35 milyon dollarlıq turşu ixracı ilə Almaniya yer alır. ABŞ-a ixrac 22,6 milyon, Hollandiyaya ixrac isə 21,7 milyon dollar olub. Bu ölkələri İngiltərə, İsveçrə, Avstraliya, İtaliya, Yunanıstan, Rumıniya və İsveç izləyir.
Bu gün ölkəmizdə də konservləşdirilmiş məhsullar istehsal edən müəssisələr fəaliyyət göstərir və hazır məhsulların bir qismi ixrac edilir. Bu gün xarici ölkələrdə açılan Azərbaycan Ticarət evlərində digər məhsullarla yanaşı, konserv məhsullarımız da təqdim edilir. Lakin hazırda dünya ölkələrinin bu sektordan yüksək qazanc əldə etdiyini nəzərə alaraq biz də bu sahədə daxili bazarı təmin etməklə yanaşı, ixracı daha da artırmalıyıq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
16.11.2019
İlin sonunadək “Türk axını” boru kəməri layihəsi tamamlanacaq
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib
15.11.2019
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info