Bilik Fondu Şamaxıda Haqverdiyevin əsərinin nümayişinə dəstək oldu
Tarix: 02.11.2018 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Rayon Mədəniyyət Mərkəzində ədəbi-bədii tədbir keçirilib.
Tədbiri Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Əliyev açaraq, təmsil etdiyi dövlət orqanı ilə Bilik Fondunun birgə layihələrindən danışıb.
Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ictimai təşkilatların fəalları, tələbələr və gənclər Bilik Fondunun “Mizan” Tələbə Dərnəyinin rəhbəri, Xalq artisti Məmmədsəfa Qasımovun “Klassik əsərlərin səhnə həlli” mövzusunda mühazirəsini dinləyiblər.
Mühazirəçi teatrın toplu, sintetik sənət növü sayıldığı üçün müxtəlif ifadə vasitələrinə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, burada bədii üsullar, saysız-hesabsız kombinasiyalar və müxtəlif tətbiq formaları mümkündür. Teatrın kollektivi yaradıcılıq təbiətinə malik olur, onlar səhnədə tamaşa göstərərkən ən böyük istəkləri tamaşaçı diqqətidir. Bu mənada alqış aktyorun ən vacib “qidasıdır”. Tədbir çərçivəsində nümayiş olunacaq tamaşanın hazırlanması prosesindən bəhs edən xalq artisti universitet tələbələrinin aktyorluq sənətinə sevgi ilə yanaşdıqlarını, peşəkarlıq meyarlarından istifadəyə böyük meyl göstərdiklərini söyləyib.
M.Qasımov Bilik Fondunun dəstəyi ilə yaradılan “Mizan” Tələbə Dərnəyinin fəaliyyətindən söz açıb və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci tələbələrinin teatra, aktyor sənətinə vurğunluqlarından danışıb və bu kollektivin səhnələşdirdiyi tamaşalardan bəhs edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Teatr və kino fakültəsinin dekanı Ellada Hüseynova çıxışında dövlətin teatr və kino sənətinə göstərdiyi diqqət və qayğını özündə əks etdirən konkret məqamlara toxunub. Ölkənin ikinci dəfə müstəqilliyini bərpa edəndən sonra ilk illər incəsənət sahəsində durğunluq yaşandığını xatırladan natiq 1994-cü ildən etibarən teatr və kino sənətində müsbətə doğru köklü dəyişikliklər baş verdiyini deyib. Universitet dekanı aktyor tələbələrlə bugünkü görüşü də teatr sənətində yaşanan inkişafın tərkib hissəsi adlandırıb.
Tədbirin bədii hissəsində ADMİU-nin 3-cü kurs tələbələrinin iştirakı, Xalq artisti M.Qasımovun rəhbərliyi ilə Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa göstərilib.
Tamaşa iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Bədii hissədən sonra qonaqlar Şamaxı qəbristanlığında uyuyan Azərbaycanın dahi şairləri - Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin məzarlarını ziyarət ediblər.




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək
27.11.2020
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
27.11.2020
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
26.11.2020
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
26.11.2020
Dövlət qulluğu üzrə sınaq imtahanına qeydiyyat yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info