“Qalatasaray”-“Fənərbağça” oyunu heç-heçə başa çatıb
Tarix: 03.11.2018 | Saat: 01:56:00 | E-mail | Çapa göndər



Noyabrın 2-də futbol üzrə Türkiyə Superliqasının XI turunda “Qalatasaray” komandası İstanbul derbisində əzəli rəqibi “Fənərbağça”nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Türk Telekom Arena”da keçirilən matçda hesabı 31-ci dəqiqədə “Qalatasaray”ın futbolçusu Rayan Donkun vurduğu qolla meydan sahibləri açıblar - 1:0. Fasilədən dərhal sonra - görüşün 49-cu dəqiqəsində Martin Linnes ikinci topu qonaqların qapısından keçirib. Lakin “Fənərbaxça” futbolçuları hesabı bərabərləşdirməyə nail olublar. Əvvəlcə 66-cı dəqiqədə Matyö Valbuenanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərq azalıb. Bundan altı dəqiqə sonra isə M.Valbuenanın məhsuldar ötürməsini braziliyalı Jailson qola çevirib - 2:2. Oyunun sonlarında hər iki komandanın real qol vəziyyətləri yaratmasına baxmayaraq, hesab dəyişməyib. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən oyun heç-heçə yekunlaşıb.
Oyunun baş hakimi Fırat Aydınus komandaların futbolçularına beş sarı kart göstərib.
Bu oyundan sonra hesabındakı xalların sayını 20-yə çatdıran “Qalatasaray” turnir cədvəlində ikinci sıraya yüksəlib.
On oyundan sonra cəmi 10 xal toplaya bilən “Sarı-lacivərdlilər” isə hazırda turnir cədvəlində 18 komanda arasında 15-ci pillədə yer alıblar.
Xatırladaq ki, ötən mövsüm bu komandalar arasında “Türk Telekom Arena”da oynanılan görüşdə hesab açılmamışdı.
“Qalatasaray” və “Fənərbağça” indiyədək Superliqada 122 dəfə qarşılaşıb. Bunlardan 50 oyunda "Qalatasaray", 33-də isə "Fənərbağça" üstün olub. 39 matçda qalib müəyyənləşməyib.
Türkiyə çempionatında turnir cədvəlinə 21 xalla "Başakşəhər" komandası başçılıq edir. “Kasımpaşa” isə üçüncü pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Gimnastlarımız Kiyevdə Avropa Çempionatının finalına çıxıb
26.11.2020
“Real“ İskonun əvəzləyicisini tapdı
26.11.2020
“Bavariya” və “Mançester Siti” Çempionlar Liqasının 1/8 finalına yüksəlib
25.11.2020
Pele: “Maradona ilə göylərdə yenidən futbol oynayacağıq”
25.11.2020
FİFA “İlin futbolçusu” mükafatına namizədləri açıqlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info