ATƏT-in Minsk Qrupu: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar üçün etimad mühitini qorumaq vacibdir
Tarix: 03.11.2018 | Saat: 02:09:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar üçün etimad mühitini qorumağın vacib olduğunu vurğulayıb.
Trend-in məlumatına görə, bu barədə həmsədrlərin regiona səfərinin yekunları üzrə bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiyadan İqor Popov, ABŞ-dan Endrü Şofer və Fransadan Stefan Viskonti, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə oktyabrın 29-dan noyabrın 2-dək regiona səfər ediblər: "Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan liderlərinin sentyabrında Düşənbədə MDB sammitinin kuluarlarında danışıqlarının yekunlarını müzakirə etmək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində növbəti addımları müəyyən etmək və yerlərdə vəziyyətin ümumi inkişafı ilə tanış olmaqdan ibarət idi".
Bildirilir ki, həmsədrlər oktyabrın 29-u Yerevanda baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanla, noyabrın 1-də isə Bakıda Prezident İlham Əliyevlə görüşüblər: "Onlar hər iki paytaxtda iki ölkənin xarici işlər nazirləri və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar. Bakıda həmsədrlər münaqişədən zərər çəkmiş Azərbaycan icmalarının nümayəndələri ilə görüşüblər. Həmsədrlər həmçinin regionda BQXK və BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinin nümayəndələri ilə vəziyyəti müzakirə ediblər".
Bəyanatda qeyd edilir ki, həmsədrlərlə görüşlərdə hər iki ölkənin liderləri bildiriblər ki, onların Düşənbədə gərginliyin azaldılmasına sadiqliyini təsdiqləmələrindən sonra gərginliyin səviyyəsi xeyli azalıb: "Məsləhətləşmələr zamanı həmsədrlər Düşənbədəki razılaşmanın həyata keçirilməsi, o cümlədən birbaşa rabitə xətlərinin yaradılması barədə ətraflı məlumat alıblar. Həmsədrlər bu hadisələri alqışlayıblar, konstruktiv tədbirlərin düzgün şəkildə həyata keçirilməsini yüksək qiymətləndiriblər və liderlərin dialoqu davam etdirməyə hazır olmalarını dəstəklədiklərini bildiriblər. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar üçün etimad mühitini qorumağın vacib olduğunu vurğulayıblar. Xarici işlər nazirləri ilin sonunadək bir daha görüşmək barədə razılığa gəliblər. Həmsədrlər ATƏT-in Daimi Şurasını və Minsk Qrupunun üzvlərini məlumatlandırmaq üçün yaxın zamanda Vyanaya yollanacaqlar".




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
16.11.2019
Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb
16.11.2019
Keçmiş müsavatçı Müsavat partiyasının “mühacir oyunu“nu faktlarla ifşa etdi
15.11.2019
“Dövlət marağı naminə ermənilərin ölkəyə gətirilməsi normaldır, amma...“
15.11.2019
Müsavatçılar “mühacir biznesi”nə görə Arif Hacılını istefaya çağırdılar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info