Təranə Mahmudova caz ulduzu Linli Marte ilə “Baku Sound” konsertini keçirəcək
Tarix: 03.11.2018 | Saat: 02:11:00 | E-mail | Çapa göndər


Populyar azərbaycanlı ifaçı Təranə Mahmudova Beynəlxalq Muğam Mərkəzində “Baku Sound” adlı konsert proqramı ilə çıxış edəcək.
Trend-in məlumatına görə, Təranə Mahmudovanın yaradıcılıq fəaliyyətinin 20 illiyinə həsr olunmuş caz gecəsi noyabrın 28-də saat 20:00-da baş tutacaq.
Konsert proqramında Azərbaycanın caz şəklinə salınmış xalq kompozisiyaları və müasir caz əsərləri təqdim ediləcək. Çıxış dünya səviyyəli bas-gitaraçı, super caz ulduzu Linli Marte, məşhur zərbəçi, beynəlxalq festivalların iştirakçısı və laureatı Zaza Tserdsvadze (Gürcüstan) və istedadlı pianoçu Elbəy Məmmədzadənin (Azərbaycan) müşayiəti ilə baş tutacaq.
Linli Marte ekzotik Mavriki adasında anadan olub. Onun musiqi üslubunu ehtiras, virtuozluq və Afrika ilə hind aksentlərinin eşidildiyi unikal ritm hissləri təşkil edir. O, musiqini fantastik qavrama qabiliyyəti və təbii texnika sayəsində bas-gitara ilə müasir ifaçılıqda inanılmaz zirvələrə çatıb. Linli Marte musiqi karyerası ərzində bir çox, o cümlədən François Jeanneau, Lionel Belmondo, Stéphane Belmondo, Eric Bensoussan, Antoine Hervé, Marc Berthoumieux, Sylvain Beuf, Flavio Boltro, Jean-Pierre Como, Laurent Coq, Jean-Marie Ecay, Christian Escoudé, Denis Leloup, Francis Lockwood, Nicolas Genest, Nguyên Lê, Olivier Ker Ourio kimi tanınmış musiqiçilərlə əməkdaşlıq edib.
Zaza Tserdsvadze bir çox məşhur musiqiçilərlə, o cümlədən Tony O`Malley, Frank Collins, Neil Hubbard, The ZumbaLand ilə “International Blues Challenge” (Memphis, the USA), “Good Wood Fest” (UK), “Ronny Scott`s club” (UK), “606 Jazz Café” (UK), “Jazz Keller Club” (Germany), “Odda Blues Fest” (Norway), “Saulkrasti Jazz Fest” (LV), “Sierra Blues Fest” (Swiss), “Black Sea Jazz Fest” (Geo), “Tbilisi Jazz Fest, Lotus Jazz Fest” (PL) və s. festivallarda çalışıb.




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Rus yazıçısı növbəti mahnısını da Azərbaycana həsr edib: VİDEO
22.11.2019
Müstəqil Şah Mat Teatrı Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşa oynayacaq
22.11.2019
Yeni kukla teatrı açılıb
22.11.2019
Bakıda keçiriləcək üçüncü Beynəlxalq Tanqo Festivalının proqramı zəngindir
21.11.2019
Özbək tələbələr Azərbaycana dair muzeylərdə ekskursiyada olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info