Xaşkacinin öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib
Tarix: 03.11.2018 | Saat: 02:15:00 | E-mail | Çapa göndər


Səudiyyəli jurnalist Camal Xaşkacinin öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Washington Post" qəzeti üçün yazdığı məqaləsində deyilir.
Qətlin ehtimal olunan sifarişçilərdən danışan Türkiyə prezidenti vurğulayıb ki, Camal Xaşkacinin öldürülməsi barədə əmrin kral Salman tərəfindən verildiyini qəti şəkildə istisna edir.
Dövlət başçısı qeyd edib ki, Türkiyənin səyləri sayəsində bütün dünya C.Xaşkacinin "killer komandası" tərəfindən soyuqqanlılıqla öldürüldüyünü bildi: "Biz bilirik ki, cinayətin icraçıları Səudiyyə Ərəbistanında saxlanılan 18 şəxsin arasındadırlar. Biz həmçinin bilirik ki, C.Xaşkacinin öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib".
Ərdoğan öz məqaləsində jurnalistin qətlinin ətrafındakı vəziyyətlə bağlı Ər-Riyadın davranışını da tənqid edib: "Səudiyyə hakimiyyətinin hərəkətləri üzücüdür, onlar ədalətə xidmət etmək əvəzinə hadisəni ört-basdır etməyə cəhd edirlər".
T.Ərdoğan vurğulayıb ki, Ankara və Ər-Riyad arasındakı çoxillik dostluq Türkiyənin C.Xaşkacinin qəsdən öldürülməsinə göz yumacağı demək deyil.
Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan
25.11.2020
Ermənilərin Xankəndinə qayıtma səbəbi... - Tofiq Zülfüqarov

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info