Astarada sitrus və subtropik meyvə Bağlarının sahəsi 4 min hektara çatdırılacaq
Tarix: 03.11.2018 | Saat: 03:15:00 | E-mail | Çapa göndər



Sitrusçuluq Astara rayonunda ənənəvi təsərrüfat sahələrindəndir. Sovetlər dönəmində ölkəmizdə ən çox sitrus və subtropik meyvələr məhz Astarada yetişdirilirdi.

Azərbaycanda aparılan torpaq islahatından sonra Astara rayonunda uzun müddət tənəzzül dövrünü yaşayan sitrusçuluq aqrar bölmənin inkişafına göstərilən dövlət dəstəyi sayəsində yenidən inkişaf etdirilir.
Ölkəmizdə kənd təsərrüfatının bir çox sahələri, o cümlədən sitrusçuluğun inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları, məhsul istehsalçılarına verilən subsidiyalar, edilən güzəştlər aqrar bölmənin bütün sahələri, o cümlədən sitrusçuluğun inkişafı üçün geniş imkanlar yaradıb.
Ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı Lənkəran şəhərində keçirilən müşavirədəki çıxışında çayçılığın, çəltikçiliyin inkişafı ilə birlikdə sitrus sahələrinin genişləndirilməsi də mühüm vəzifə kimi qarşıya qoyulub.
Qarşıya qoyulmuş bu mühüm vəzifələrin Astara rayonunda da yerinə yetirilməsi istiqamətində lazımı tədbirlər həyata keçirilir.
Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata əsasən 2017-ci ildə rayonda 3140 hektar sitrus və subtropik meyvə bağlarından 38 min 921 ton məhsul yığılıb. Bu il isə sitrus və subtropik meyvə bağlarının sahəsi 438 hektar artırılaraq 3578 hektara çatdırılıb. Yaxın gələcəkdə isə bu rəqəmin 4000 hektara çatdırılması nəzərdə tutulub.
Artıq rayonun sitrus və subtropik meyvə bağlarında məhsul yığımına başlanılıb. Sitrusçuluqla məşğul olan təsərrüfatları gəzərkən hər yerdə bol məhsulun yetişdirildiyinin şahidi olduq.
Kijəbə qəsəbəsi təkcə Astarada deyil, ölkəmizdə də yüksək keyfiyyətli sitrus məhsullarının yetişdirildiyi ərazi kimi tanınır. Sovetlər dönəmində burada geniş sitrus meyvə bağları salınıb.
Kijəbə qəsəbəsinin Tüləgüvan kəndindəki təsərrüfatlardan birində - beş ailəni birləşdirən Rafiq Ağayevin rəhbəri olduğu kəndli fermer təsərrüfatında olarkən füsunkar mənzərə bizi heyran etdi. Hiss olunurdu ki, bol və keyfiyyətli meyvələrin yetişdirilməsi üçün sitrusçular gərgin əmək sərf ediblər.
Rafiq Ağayev bu il yay mövsümündə havaların quraq keçməsi ilə bağlı üzləşdikləri problemlərdən, bol məhsulun yetişdirilməsi üçün həyata keçirilən tədbirlərdən danışaraq dedi: “Ailəmizin maddi təminatı sitrusçuluqla bağlıdır. Bir hektardan çox ərazini əhatə edən meyvə bağlarında ailə üzvlərimlə birlikdə qışın soyuğunda, yayın istisində çalışaraq ağacların suvarılması, zərərvericilərdən qorunması üçün lazımı tədbirləri vaxtında həyata keçirmişik. Yığım mövsümündə 15-20 ton naringi toplamağı nəzərdə tutmuşuq. Yığdığımız narıngi meyvəsinin kiloqramını 1 manat və ya 1 manat 50 qəpiyə satırıq. Təkcə Tüləgüvan kəndində sitrusçuluqla məşğul olanların sayı 250-dən çoxdur. Qəsəbəmizdə yüzlərlə ailə büdcəsini sitrusçuluqdan əldə etdiyi gəlirlə təmin edir.”
Qeyd edək ki, bu il Astara rayonunda 45 min tona yaxın sitrus və subtropik meyvə istehsalı nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Bakının iqlimi dəyişir? – Akademikdən mühüm açıqlama
19.11.2019
22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günüdür
19.11.2019
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
18.11.2019
Zərdabda gənclər arasında intellektual yarış keçirilib
18.11.2019
Masallıda XXV ənənəvi Respublika turnirinə yekun vuruldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info