ABŞ-ın İrana qarşı yeni sanksiyaları da “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməyib
Tarix: 03.11.2018 | Saat: 14:36:00 | E-mail | Çapa göndər



ABŞ-ın İrana qarşı yeni sanksiyaları da “Cənub Qaz Dəhlizi” layihəsinə şamil olunmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin noyabrın 2-də ABŞ Federal Reyestrində nəşr olunan bildirişində deyilir.
rilir ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini yaxın günlərdə qüvvəyə minəcək antiiran sanksiyalarından istisnalar siyahısına daxil edib. Bərpa olunan antiiran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur.
Qeyd olunur ki, antiiran sanksiyaları, həmçinin Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığını azaldan layihələrə şamil olunmur.
Xatırladaq ki, İran Milli Neft Şirkəti (“NIOC”) “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. ABŞ-ın İrana qarşı avqustun əvvəlində tətbiq etdiyi ilk sanksiya paketi də “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməmişdi. ABŞ-ın İran neftinə dair yeni sanksiyaları isə bazar ertəsi elan ediləcək. Səkkiz ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək. İranın neft ixracının 1 milyon barrel azalacağı nəzərdə tutulur. ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.
Qeyd edək ki, Avropa İttifaqının prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə nəql edir. Gələcəkdə isə təbii qaz bu ölkədən Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərcləri hazırda 22,7 milyard ABŞ dolları təşkil edir və bu ilin iyul ayının sonunadək həmin layihəyə 18 milyard dollar xərclənib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin dəyəri 4,5 milyard dollardır və bu layihəyə iyul ayının sonuna qədər 4,2 milyard dollar sərf olunub. Kapital xərcləri 8 milyard dollar olan layihəsinə iyulun sonunadək 5,6 milyard dollar xərclənib”, - deyə məlumatda qeyd olunur. Dəyəri 4,5 milyard avro qiymətləndirilən TAP layihəsinə isə iyul ayının sonuna qədər 3,1 milyard avro (təqribən 3,6 milyard dollar) sərf edilib.
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 97 faizi, TAP-la bağlı isə 80 faizdən çoxu yerinə yetirilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Venesiya yenidən su altında qala bilər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir
17.11.2019
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info