Xilasedicilər İndoneziyanın qəzaya uğramış təyyarəsinin hər iki mühərrikini tapıblar
Tarix: 03.11.2018 | Saat: 14:43:00 | E-mail | Çapa göndər



Xilasedicilər Yava dənizində qəzaya uğramış “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max 8” sərnişin təyyarəsinin hər iki mühərrikini aşkar ediblər.
AZƏRTAC “Detik news” portalına istinadla xəbər verir ki, bu barədə noyabrın 2-də İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Mohammad Sayuqi məlumat verib.

“Son iki gün ərzində təyyarənin hər iki mühərrikini, qanadını, şassilərini və digər hissələrini aşkar etmişik. Bundan əlavə, dalğıclar təyyarənin füzelyajını da tapıblar və onun koordinatları barədə mərkəzə məlumat verilib”, - deyə M.Sayuqi bildirib.
Hələlik təyyarənin parçalarını qaldırmaq üçün ağır texnikadan istifadə edilmir. Xilasedicilərin bildirdiyinə görə, layner tamamilə dağılıb. İlkin məlumatlara gör, bu, təyyarə suyun səthinə dəyərkən baş verib.
Xatırladaq ki, “Lion Air” şirkətinə məxsus JT610 reysi ilə Cakartadan Pankalpinanq şəhərinə uçan təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra dənizə düşüb. Göyərtədə olan 189 nəfərin hamısı həlak olub. İstintaq qrupu hələlik qəzanın səbəbləri ilə bağlı heç bir versiya irəli sürmür.




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
İranda koronavirusla əlaqədar komitə yaradıldı
19.02.2020
Braziliyada dövlət neft şirkətinin işçilərinin tətili
19.02.2020
İranda koronavirusa yoluxan iki nəfər ölüb
19.02.2020
Şentop Makrona sərt reaksiya verdi
19.02.2020
Tramp: “Prezident Ərdoğan güclü və sərt liderdir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
3 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
4 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
5 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info