Xalq artisti Hacı Xanməmmədovun xatirəsi anılıb
Tarix: 03.11.2018 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Noyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında unudulmaz bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Filarmoniyanın və “Mədəniyyət” kanalının birgə təşəbbüsü ilə reallaşan tədbirdə sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılıb, sənət fəaliyyəti haqqında məlumat verilib.
Bildirilib ki, 1918-ci ildə Dərbənddə dünyaya göz açan Hacı Xanməmmədov 1952-ci ildə Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. Onun diplom işi tar və orkestr üçün konsert olub. Tar konserti bəstəkarın yaradıcılığında əsas xətti təşkil edib və o, ömür boyu beş tar konserti yazıb. Bu konsertlərin hər biri tanınmış ifaçılarımız tərəfindən sevilə-sevilə ifa olunub. Onun yaradıcılığının əsas hissəsini xalq çalğı alətləri üçün əsərlər təşkil edib. H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun “Azərbaycan eskizləri” süitasında və “Simfoniyetta”da əks olunub.
Vurğulanıb ki, H.Xanməmmədovun 100-dən çox mahnısı tanınmış müğənnilərimizin repertuarında tez-tez yer alır. Bu mahnıların mətnini görkəmli şairlərin şeirləri təşkil edir. Xüsusilə, bəstəkarın lirik mahnıları xalqımız arasında geniş yayılıb. Bu baxımdan “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və s. gözəl örnəklərdir.
Onun peşəkar musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olub. O, qırx ildən artıq bir dövrdə Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb. O, “Xalq çalğı alətləri” kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının məsləhətçisi idi.
Diqqətə çatdırılıb ki, H.Xanməmmədov müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışaraq bəstəkar və ictimai xadim kimi çox faydalı işlər görüb. Bu fədakar sənətkarın xidmətləri layiqincə qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülüb.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Gecədə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib. Konsert çərçivəsində bəstəkarın dillər əzbəri olan mahnıları səslənib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək
05.12.2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
05.12.2019
Daşkənddə Nəsimiyə həsr olunmuş növbəti tədbir: “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm”
05.12.2019
“Bu yaşımda, sağ olsun ki, məni dəyərləndirib, qonağım oldu”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Səbinə Əliyeva ombudsman seçildi
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info