Kimin silahı yaxşıdır-rusların, yoxsa amerikalıların?
Tarix: 03.11.2018 | Saat: 23:50:00 | E-mail | Çapa göndər



“Amerikalılar pulsuz və ya aşağı qiymətlərlə heç kimə ciddi bir şey vermirlər. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin reaksiyasına görə, bu həqiqət İrəvanda bir daha başa düşüldü” .
“ArmeniaSputnik.am” saytında bir müddət bundan əvvəl Qafqaz turnesində Ermənistana səfər edən ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Boltonun İrəvana silah satmaq təklifi ilə bulunması hələ də ölkədə müzakirə mövzusu olaraq qalmaqdadır. Məsələyə münasibət bildirən erməni hərbi ekspert Leonid Nersisyanın sözlərinə görə, “hansı silah daha yaxşıdır priori yanlışdır, çünki ümumiyyətlə silahları müqayisə etmək mümkün deyil.
Məsələn, Rusiya istehsalı olan havadan müdafiə sistemləri ABŞ-ın eyni tipli silahları ilə müqayisədə daha optimaldır. Bu gün amerikalılar daha çox öz aviasiyalarına güvənirlər. Bütün bunlara baxmayaraq, ədalət xatirinə ABŞ-ın da əhəmiyyətli dərəcədə maraq göstəriləsi müəyyən silah növlərinə sahib olduğunu qeyd etmək lazımdır”.
Lakin qeyd edilməlidir ki, Amerika silahları ermənilərin cibinə uyğun deyil. Bunu onların özləri də eiraf edirlər. Məsələ bundadır ki, Ermənistan Moskvadan silahı daxili qiymətlərlə alır. Alır deyəndə ki. ermənilərin Rusiyadan aldıgı bütün silahlar kreditlə alınır. Təsəvvür edin ki, ABŞ-in iki hərbi təyyarəsinin qiymətinə Ermənistan Rusiyadan 12 hərbi təyyarə ala bilər(?)
…Yenidən iki ölkə silahını müqayisə edən Nersisyan rusların kiçik silahlarının texniki parametrlərinə görə, daha asan və ucuz olduğunu bildirir: “Amerikalılar tamamilə fərqli bir inkişafa, fərqli bir kalibreye sahibdirlər və indi bütün bu zənciri dəyişdirmək üçün o vaxtdan əlavə pul və səy sərf etməlidir. Bu isə müxtəliflik bir təsirdən çox problemlər və baş ağrısı yaradır”. Bunu da Nersisyan deyir.
Maraqlıdır ki, erməni hərbi ekspert amerikalıların müəyyən bir böyük müqavilə ilə Azərbaycanla danışıqlar aparacağını istisna etmir. Boltonun Yerevandakı bəyanatını xeyirxahlıq xarakterli bir jest kimi dəyərləndirən Nersisyan bununla Ağ Evin həm Azərbaycan, həm də Ermənistanı danışıqlar yolu və sanksiyaların köməyi ilə Rusiyanı ənənəvi silah bazarlarından çıxarmaq cəhdlərindən biri olduğunu bildirir: “Məlumdur ki, ABŞ ötən il Rusiyanın hərbi sənaye kompleksinə qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalarda Rusiya silahlarını alan dövlət və şirkətlərə də məhdudiyyətlər nəzərdə tutulur. Rəqiblərə təzyiq etmək cəhdləri ABŞ prezidenti Donald Trampın strategiyasına uyğundur”, deyən Nersisyan Amerika prezidenti üçün pulun hər hansı bir siyasətdən daha vacib olduğunu bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm, məni bağışlayın”
13.11.2019
“Sərmayələrin cəlbi və yeni müəssisələrin yaradılması sahəsində Ermənistanda heç bir iş görülməyib”
13.11.2019
Ermənistanda universitet müəllimləri tətil edən tələbələrə qoşulublar
13.11.2019
Türkiyədə “Gələcəyə nəfəs ol!“ kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
12.11.2019
Ermənilərin ölkədən köçü davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info