Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçilib
Tarix: 04.11.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər



Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinə üzv seçilib.

AZƏRTAC xəbər verir ki, özbəkistanlı Qafur Rəhimov isə AİBA-nın prezidenti seçilib. Bu ilin yanvarından prezident vəzifələrini icra edən Q.Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.
Qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində ölkəmiz Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub.
ABF-in vitse-prezidenti S.Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.
Qeyd edək ki, İcraiyyə Komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
“Everton“ baş məşqçisini istefaya göndərdi
06.12.2019
“Barcelona“nın təklifi: Vidal+70 milyon avro
05.12.2019
Şenol Günəş Bakıya gəlib
05.12.2019
“Qalatasaray“dan gözlənilməz məğlubiyyət
05.12.2019
Rakitiç “Barselona“da qalmaq istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info