Payızda qış ömrüm
Tarix: 08.07.2013 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


|

Pərviz Ülvinin şeirlərini təqdim edirik:

Payızda qış ömrüm
Hər şeydən inciyən, küsən olmuşam,
Ürəyim nədənsə kövrək öyrəşib.
Həyatın mənası itib gözümdə,
Çox şey ucuz olub, çox adiləşib.

Çarəsiz ahımdan ağaran saçım,
Üzümə vədəsiz düşən qırışlar
Mənə bu həyatda hədiyyə kimi
Göz yaşı, ah-nalə, kədər bağışlar

Təbəssüm əbədi itib üzümdən,
Fəryad səvincini qatıb könlümə.
Elə bil ki, yayda qış sazağı var,
Əsib iynə kimi batıb könlümə.

Xəyallar içində batan ürəyim
Zamanın əlində çırpınır, əsir.
Həzin sükutlardan hey qaça-qaça
Ölümün qoynuna yaman tələsir.

Ümid son pənahım, fikir təsəllim,
Göz yaşım üzümdə doğan günəşdir.
Payızda qış ömrü yaşayan qəlbim
Gözləyir nə vaxtsa yaz gələcəkdir.

Səni həyatımdan
silə bilmirəm

Qaçardım əzabın astanasından,
Dözümüm qalmayıb
məhkum olmağa.
Nə qürur hakimdir, nə ürək vəkil,
Köməyim də yoxdur əl uzatmağa.

Bilməzdim bu qədər
təklənərəm mən,
Üstümə xəyallar düşmən kəsilə.
Bir vaxt gülən eşqim qəm libasında
Dəyişib səvgimin üstə biçilə.

Qırılmış ürəyin fəryadı böyük,
Ucalıb göylərə ahı, naləsi.
Zamansız bir eşqin sevdası sönük,
İçib arzularım qəm piyaləsi.

Çəmənə hökm edən qırovlar kimi
Donmusan sızlayan yaramın üstdə.
Ağarıb saçlarım qar dənəsi tək,
Yığılıb qalmısan qaşımın üstdə.

Nəfəsin buz kimi soyudub məni,
Düşünüb bir qərar vərə bilmirəm.
Hər unut deyəndə özümdən keçib,
Səni həyatımdan silə bilmirəm.

Səni gəzirəm
Vaxtında qədrini bilə bilmədim,
Laqeyd yanaşdım məhəbbətinə.
Gözümdə yalanım bilinər deyə,
Gözümü qoymadım baxsın gözünə.

Qızara-qızara yalanlarımla
Hər addım başında “sevirəm” dedim.
Vicdanım o vaxtlar yatmışdı deyə,
Guya ki dərdindən dəliyəm deyim.

Keçici bir həvəs sevgi donunda
Bütün həyatımı pərdələmişdi.
Qəlbim bulud kimi dolub qəzəbli
Səvgi bulağımı çay eləmişdi.

Bu illər ərzində dəcəlliyimə
Təmkinlə, səbirlə dözüb dayandın.
Hisslərinlə oynadım,
durdum qəsdinə,
Nə mən başa düşdüm,
nə sən usandın.

Məndən inciyəndə məndən gizlədib,
İçin-için ağlamısan, yanmısan.
Bircə yol halını soruşmamışam,
Sən gündə min kərə maraqlanmısan.

Şığıyıb üstüməmə sənli suallar,
Dara çəkilirəm zaman əlində.
Duracaq qəsdimə haqlı duyğular,
Məni asacaqlar günün birində....




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info