Donald Tramp: Neftin qiymətinin artmasını istəmirəm
Tarix: 06.11.2018 | Saat: 10:27:00 | E-mail | Çapa göndər




ABŞ neftin qiymətinin bahalaşmasını istəmir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“İrana qarşı sanksiyalarda asta-asta hərəkət edəcəyəm. Çünki neftin qiymətinin artmasını istəmirəm”, - deyə o bildirib.
ABŞ Prezidenti İrana qarşı çox güclü və sərt mövqedə olduqlarını deyib: “Bu vaxtadək İrana qarşı ən sərt sanksiyaları tətbiq etdik. Lakin neftin qiymətində bir az asta hərəkət etmək istəyirik”.
ABŞ-ın neftin qiymətində ehtiyatlı mövqe tutacağını bildirən D.Tramp əlavə edib: “Bunun İranla heç bir əlaqəsi yoxdur. İranın neft ixracını dərhal sıfıra endirmək olar. Ancaq bu bazarlarda şoka səbəb olacaq”.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi noyabrın 5-də rəsmən qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana müvəqqəti güzəşt tətbiq olunacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb.
Birləşmiş Ştatlar avqustun 7-də rəsmi Tehrana sanksiyaların ilk mərhələsini tətbiq edib. Dünən qüvvəyə minən sanksiyalar isə İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.
Birləşmiş Ştatlar bu sanksiyalardan sonra İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözləyir.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Vuçiç: Serbiya NATO üzvü olmaq istəmir
24.03.2019
Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır
23.03.2019
“Şimali Koreya sanksiyalarını geri çəkirəm“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info