Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
Tarix: 06.11.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir

“Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir. Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir”

Son illər istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda muğamın təbliğinə dövlət səviyyəsində yüksək diqqət göstərilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr, xüsusilə fərqlənir. Mehriban Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir. Məhz Birinci xanımın dəstəyi ilə muğamın təbliği, onun qorunub saxlanması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bunlardan biri olan 24 tanınmış, korifey xanəndənin ifasında səslənən muğamların toplandığı ”Qarabağ xanəndələri” musiqi albomunun nəşri kifayətdir ki, dünya xalqları Azərbaycan musiqi mədəniyyətinin zəngin tarixi barədə ətraflı məlumat alsın. Azərbaycana məxsus muğam sənətinin qorunub saxlanılması, eyni zamanda təbliği məqsədilə nəzərdə tutulan “Muğam-irs”, “Muğam dəstgah”, “Muğam-Antologiya” layihələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüs və xidmətlərinin nəticəsidir. Görülən işlərin davamı kimi maraq doğuran, televiziya muğam müsabiqələri, demək olar ki, dünyanın hər yerində izlənilir və tamaşaçı rəğbəti qazanıb. Azərbaycanda analoqu olmayan və Şərq xalqlarına məxsus muğamın yaşadılması üçün nəzərdə tutulan, milli köklərə bağlılığı ifadə etməklə müasirlik, yenilik aşılayan Muğam Mərkəzinin istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən misilsiz xidmətlərin davamıdır. Bakıda təşkil edilən “Muğam aləmi" Beynəlxalq Musiqi Festivalı da muğamla bağlı mühüm tədbirlər sırasında yer alır. Azərbaycan muğamı 2003-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıb. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışı olub.
Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər. Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu gözəl, möhtəşəm bina bir daha Azərbaycan xalqı və dövlətinin öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşdığını göstərir: “Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olub və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət, hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın, demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir. Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir. Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir”.
Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxışında bildirib ki, əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar: “Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir. Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz, doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm”.
Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsi olduqca böyük hadisə olduğunu deyən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələr və həyata keçirdiyi layihələr olduqca böyük əhəmiyyət kəsb edir: “Biz hamımız çox gözəl hadisəni müşahidə etdik. Ağdamda Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə böyük bir mədəniyyət mərkəzinin - Muğam Mərkəzinin açılışı oldu. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə bu məsələ öz həllini tapdı. Muğam Mərkəzi, demək olar ki, muğamın beşiyində fəaliyyət göstərəcək". Ə.Qarayev qeyd edib ki, ümumiyyətlə, Mehriban Əliyevanın gördüyü bu işlər, o cümlədən muğama göstərdiyi diqqət bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
26.10.2018
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info