Bağlı qapılar arxasında gizli müzakirə: Dnestryanı məsələsi siyasi yolla həllə çox yaxındır
Tarix: 07.11.2018 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Anatol Çaranu: “Dodon məsləhətçiləri vasitəsilə Moskvanın mesajlarını Vaşinqtona çatdırır. İstisna deyil ki, Moskva Dnestyranı məsələsinin həllində ABŞ-a hansısa güzəştlər etməyə razılaşıb”


Moldova dövlət başçısı İqor Dodon Dnestryanı məsələsini müzakirə etmək üçün öz köməkçilərini Vaşinqtona göndərib. Ekspertlər hesab edirlər ki, Avropa İttifaqının postsovet məkanında mövqelərinin zəifləməsi fonunda həmin boşluğu Birləşmiş Ştatlar doldurmağa başlayıb. Almaniyalı ekspert Aleksandr Rar bildirir ki, İqor Dodon Dnestryanı məsələsini Vaşinqton və Moskva ilə həll edə biləcəyini yaxşı bilir. Moldovalı ekspert Anatol Çaranu da bu məqamı nəzərdə tutaraq Dodonun bu yaxınlarda Rusiya dövlət başçısı Putinlə məsləhətləşmələr aparmasını xatırladır. Dodon Putinlə görüşdən sonra Kişinyovda keçirdiyi mətbuat konfransında bəyan edib ki, ilin sonuna kimi Dnestryanı bölgəsinin rəhbəri Vadim Krasnoselski ilə görüşməyi planlaşdırır. “Mən Putinlə görüşdə çoxsaylı məsələləri müzakirə etdim. Onların arasında Dnestryanı məsələsi də oldu. Son yarım ildə qəbul edilən vacib qərarlar haqqında danışdıq. Krasnoselski ilə də ilin sonuna kimi görüş məsələsini müzakirə etdik. Həmin görüş dekabrda olacaq”. Dodon qeyd edib ki, məsləhətçiləri olan Vasili Şova və Aurel Çepoyanı Dnestryanı məsələsinin müzakirə etmək üçün Vaşinqtona göndərib. Ümumiyyətlə, son vaxtlar Dodon Dnestryanı məsələsini aktiv şəkildə müzakirə edir. Dodonla Krasnlseski arasında son görüş sentyabrın 6-da olub. Həmin görüşdə bir çox məsələ, o cümlədən Rusiya sülhməramlılarının iştirakı ilə Dnestrdə sahilindəki keçirilən əməliyyatlar müzakirə edilib. Moldova dövlət başçısı bir müddət əvvəl elan etmişdi ki, Dnestryanı məsələsi siyasi yolla həllə çox yaxındır. Moldova dövlət başçısı hesab edir ki, Dnestr sahillərində Rusiya sülhməramlılarının mövcudluğu problemin həlli üçün çox vacibdir. Rəsmi Kişinyov öz mövqeyini parlament seçkilərindən sonra rəsmi şəkildə elan edəcək. İqor Dodon məsləhətçilərinin Vaşinqtona səfərini də dəyərləndirib: “Onlar Vaşinqtonda bizim mövqeyimizi səsləndirəcəklər – Moldova bütün dövlətlərlə öz milli maraqlarından çıxış edərək dostluq etməlidir. Çox şadam ki, ABŞ tərəfi mənim məsləhətçilərimin bu yaxınlarda Vyanada apardığı formada dialoqa açıqdır. Həmin dialoq yaxın zamanlarda Berlin və Parisdə də aparılacaq”. Xatırladaq ki, ötən il ABŞ Konqresi Rusiyadan ordusunu Dnestyranı bölgədən çıxarmağı tələb etmişdi. Qəbul edilən qətnamədə qeyd edilirdi ki, Dnestryanıya Moldova dövlətinin tərkibində xüsusi status verilməlidir. Vaşinqton Rusiyanın Moldovadan şərab və ət məhsullarının idxalına qadağa tətbiq etməsini də tənqid etmişdi. Amma Dodonun son Moskva səfərindən sonra Rusiya nəinki Moldova şərablarına qadağanı aradan qaldırdı, üstəlik onları bəzi gömrük rüsumlarından azad etdi. Yəqin ki, Dodonun məsləhətçiləri bu məqamı Ağ Ev rəsmilərinin diqqətinə çatdıracaqlar. “Politicon” Strateji Araşdırmalar və Siyasi Konsaltinq mərkəzinin rəhbəri Anatol Çaranu ehtimal edir ki, Dodon məsləhətçiləri vasitəsilə Moskvanın mesajlarını Vaşinqtona çatdırır. Onun fikrincə, bu səfər mütləq Moskva ilə razılaşdırılıb: “İstisna deyil ki, Moskva Dnestyranı məsələsinin həllində ABŞ-a hansısa güzəştlər etməyə razılaşıb. Dodon, ümumiyyətlə, qapalı siyasət həyata keçirir. Bir məsələ aydındır ki, Dodon ətrafında yaradılan blokadanı dağıtmağa çalışır. Moldova dövlət başçısını ancaq Moskvada qəbul edirlər. Qalan dövlətlərin liderləri ilə o, ancaq tədbirlər çərçivəsində görüşür. Böyük siyasi liderlər arasına düşmək onun üçün çox vacibdir. Xüsusilə nəzərə almaq lazımdır ki, gələn ilin fevralında Moldovada parlament seçkiləri keçiriləcək”. Alman - Rusiya Forumunun rəhbəri Aleksandr Rar da təxminən eyni mövqeni bölüşür. Rar bildirir ki, Avropa İttifaqı regionların problemləri ilə məşğul olmaqdan geri çəkilib: “Ona görə də Dodon yaxşı bilir ki, indi çox şey Avropadan deyil, Vaşinqtondan asılıdır. Dnestryanı münaqişəsinin həlli ilə ciddi şəkildə məşğul olan lider kimi, yaxşı bilir ki, bunu ancaq Vaşinqton və Moskvanın razılığı ilə edə bilər. Ona qədər heç bir Moldova lideri məsələ ilə bu qədər yaxından məşğul olmayıb”. Ekspertlər hesab edirlər ki, Dodonun məsləhətçilərinin Vaşinqtonda əsas müzakirə obyekti Rusiya bazaları ilə bağlı məsələ olacaq. Vaşinqton Rusiya silahlılarının regionda olmasını istəmir. Üstəlik ABŞ da, Rusiya da ərazidə bazasının olmasını istəyir. Bağlı qapılar arxasında Dnestryanı ilə bağlı gizli müzakirələr aparılır. Bəzi ekspertlər münaqişənin yenidən alovlanmasından ehtiyatlanır. Dodon da bu yaxınlarda bildirmişdi ki, bölgəni Rusiyanın nəzarətindən çıxarmaq üçün Dnestryanı münaqişəsini reanimasiya edə bilərlər. Bir müddət əvvəl Ukrayna dövlət başçısı Poroşenko da Dnestryanı istiqamətini təhlükəli adlandırmış və sərhəd bölgəyə ordunun xüsusi bölməsini göndərəcəyini demişdi.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info