“Ermənilər Rusiya hərbi bazasının Ermənistandan çıxarılması üçün açıq şəkildə çıxışlar səsləndirməyə başlayıblar”
Tarix: 07.11.2018 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


«Armenianreport.com»: “Rusiya həmişə hərbi bazanın xidmətindən Ermənistana təzyiq vasitəsi kimi istifadə edib”

Hər şeydən əvvəl, xatırladaq ki, Rusiya ilə Ermənistan arasında imzalanan ikitərəfli müqaviləyə görə, rus hərbçilərin Ermənistan ərazilərində qalma müddəti 25 ildən 49 ilədək uzadılıb. Yəni müqaviləyə görə, ruslar hələ 2045-ci ilədək erməniləri qorumaq səlahiyyətinə malikdirlər. Maraqlıdır, Sovetlər dağıldıqdan sonra təkcə iki ölkədə –Tacikistan və Ermənistanda hərbi qüvvə saxlayan ruslara qarşı yerlilərin münasibəti necədir?
«Rusiya hərbi bazasının Belarus ərazilərində yerləşdirilməsi təqdirdə Minskin Moskvanın müstəmləkəsinə çevriləcəyini Lukaşkenko yaxşı anlayır. Ancaq çox təəssüf ki, Ermənistan rəhbərliyi bunu hələ də anlamaq «iqtidarında deyil». Bu fikirlər ermənilərin «armenianreport.com» saytında yer alıb:
«Rusiya ilə Belarus arasında qohumluq, bir-birinə yönəlmiş iqtisadiyyat, ortaq bir dil, ənənə və mədəniyyət yaxınlığı var. Bu ölkələri biri-birinə, eyni zamanda 1997-ci ilin aprel ayında imzalanmış Birlik Dövləti Müqaviləsi «bağlayır». NATO ilə Rusiya arasındakı hər hansı bir münaqişə baş verə biləcəyi təqdirdə Minskin Moskvaya güc toplamaq üçün vaxt qazanmağa şərait yaradacağı şübhə doğurmur. Bununla belə, bunlara baxmayaraq, Minsk və Lukaşenko həm xarici, həm də daxili siyasətdə müstəqilliyini nümayiş etdirir. Məsələn, Moskva neçə ildir ki, hərbi bazasını Belarus ərazisində tətbiq etməyə çalışsa da, Minsk hər dəfə nəzakətli və hətta qəti şəkildə bundan imtina edir.
Müəyyən səbəblərə görə, Ermənistan cəmiyyətinin Belarus dövlətinə və şəxsən onun rəhbəri Lukaşenkoya münasibəti olduqca mənfi olsa da, buna baxmayaraq, onun düzgünlüyünü və düşüncə tərzini tanımaq lazımdır. Hər şeydən əvvəl, Belarus lideri ölkəsi ərazisində yerləşdiriləcək hər hansı bir Rusiya hərbi bazasının Minski Kremlin müstəmləkəsinə çevirəcəyini yaxşı bilir. Ancaq təəssüflər olsun ki, Ermənistan rəhbərləri hələ də bunu anlamayıblar. Ter-Petrosyandan başlayaraq, nə Koçaryan, nə Sarkisyan, nə də Paşinyan Moskva ilə Lukaşenko kimi davranmağa cəsarət tapmayıblar. Ermənistanla müqayisədə Belarusun NATO-ya üzv daha çox ölkələrlə sərhəd olmasına baxmayaraq, Minsk heç bir şəkildə rus hərbçilərinin öz ərazisinə daxil olmasına razı olmur».
Xatırladaq ki, bu gün müqaviləyə əsasən, iki garnizonla birlikdə Rusiyanın hərbi bazası Gümrü və İrəvanda yerləşib. Bununla yanaşı, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidmətinin sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədində yerləşdirilib. Erməni saytının yazdığına görə, hazırda erməni cəmiyyətinin kəskin narazılığına baxmayaraq, nə Moskva, nə də rəsmi İrəvan rus qoşun birləşmələrinin Ermənistan ərazilərindən çıxarılmasına tələsmir: «Təbii ki, Rusiya tərəfindən bu başadüşüləndir. Çünki ruslar həmişə bu qüvvələrin xidmətindən Ermənistana təzyiq vasitəsi kimi istifadə ediblər. Bu gün Ermənistandakı rus hərbi bazası ölkənin təhlükəsizliyi üçün heç bir praktiki istifadəyə malik deyil. Hərbi bazanın əsas məqsədi Rusiyanın regiondakı maraqlarının qorunub saxlanılmasına hesablanıb».
“Ötən illərin təcrübəsi Moskvanın Ermənistan üçün nə qədər etibarsız bir tərəfdaş olduğunu sübut etdi”,-deyə yazan sayt artıq ermənilərin Rusiyadan, onun Ermənistanda məskunlaşan hərbi bazasından heç bir yardım gözləməyə ümid bəsləmədiklərini bildirir: «Amma Ermənistandakı «məxməri inqilab»dan sonra ölkə əhalisinin şüurunda ciddi dəyişikliklər müşahidə edilməkdədir. Artıq əhali ərazimizdəki Rusiya hərbi bazasının mövcudluğuna qarşı, onun Ermənistandan çıxarılması üçün açıq şəkildə çıxışlar səsləndirməyə başlayıblar. Bu fəallıq sosial şəbəkələrin erməni seqmentində də nəzərə çarpmaqdadır. Onlar artıq əsaslı bir sübuta da istinad edirlər-əgər Ermənistan KTMT-yə daxildirsə və ölkəmiz hər hansı bir hücuma məruz qalacağı təqdirdə KTMT köməyə gələcəksə, bu halda rus hərbi bazalarının Ermənistan ərazilərində saxlanılmasına nə ehtiyac? Lakin, sən demə, ehtiyac varmış. Ruslar Ermənistanı elə bu gün də NATO-nun ilk nişangahı, hədəfi kimi təqdim edirlər. Məgər bu, bizə lazımdırmı? Nəyə görə biz Rusiyaya və ya hansısa rusa görə, ölkəmizi risklə üz-üzə qoymalıyıq? Bəli, Kremlin tilovundan asılı qalan Sarkisyanın vəziyyəti başadüşülən idi. O, Moskvadan icazəsiz addım atmaq səlahiyyətinə malik deyildi. Amma nə üçün erməni cəmiyyətindəki əhvali-ruhiyyəni yaxşı bilən Paşinyan, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması zərurəti barədə ictimai müzakirələr təşkil etməyə çalışmır? Doğrudanmı, o da qorxur və əgər qoxursa, onda nədən? Axı bu gün sanksialar məngənəsində çarpışan Rusiya üçün bizim hər hansı bir hərəkətimiz, bəlkə də, o qədər də önəm kəsb etmir. Bunu biz Belarus rəhbərinin ruslara qarşı sərgilədiyi hərəkətlərdə də görürük. Bəlkə, Paşinyan üçün də bu istiqamətdə fəal hərəkətə keçməyin vaxtı çatıb?»
Erməni saytının belə antirus yazısından sonra bir məsələni qeyd etməmək olmur. Ermənilər dövlət yaratdıqları üçün ruslara minnətdar olmalıdırlar. Amma, görünür, indi özlərinə yeni “ağa” tapdıqlarından, tədricən Rusiyadan uzaqlaşmağa çalışırlar. Görəsən, bunu bacara biləcəklərmi?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info