Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib
Tarix: 08.11.2018 | Saat: 10:19:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Amaliya Pənahova dünyasını dəyişib.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildiriblər.
Teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycanın Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Milli Məclisin deputatı, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub.
1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968 və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1985-ci ildə isə Xalq artisti fəxri adı verilib.
1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə Türk dünyasının Birinci kino festivalında Türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.
Aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.
1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, ali məktəbin professoru olub.
17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Allah rəhmət eləsin!




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb
20.11.2018
Kanalizasiya kollektorundan kəsilmiş mal başları çıxdı
20.11.2018
ABŞ-da atışma nəticəsində ölən var
18.11.2018
Vyetnamda qasırğa nəticəsində 12 nəfər ölüb
18.11.2018
Əfqanıstanda toy şənliyi keçirilən evə raket düşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info