BP: “Neftin qiymətinin 100 dollaradək bahalaşması istisna deyil”
Tarix: 08.11.2018 | Saat: 13:25:00 | E-mail | Çapa göndər


Boru kəmərləri ilə ənənəvi qaz ixracı və idxalı ilə yanaşı, mayeləşdirilmiş təbii qazın rolu 2040-ci ilədək əhəmiyyətli dərəcədə yüksələcək


Energetika Nazirliyində BP-nin “Statistik təhlili”nin 67-ci buraxılışı və “Enerji perspektivlərinə baxış-2040” adlı hesabatının təqdimatı keçirilib. Nazirlikdən bildirilib ki, BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov şirkətin “2017-cı il üçün statistik təhlili” və “Enerji perspektivlərinə baxışı-2040” adlı hesabatlarının təqdimatını edib. Hesabatlarda qlobal enerji sektorunda müşahidə olunan meyllər, ötən il üzrə ənənəvi yanacaq növləri ilə yanaşı bərpaolunan enerji mənbələrinə tələbatın inkişaf dinamikası, neft bazarına OPEC+ formatında görülən tədbirlər və geosiyasi faktorların təsirləri, 2040-cı ilə kimi proqnozlar öz əksini tapıb. Bildirilib ki, qlobal enerji tələbatı ötn il 2016-cı illə müqayisədə 2,2 faiz, neftə tələbat isə gündəlik 1,7 milyon barrel artıb. Venesuelada neft hasilatında qeyri-müəyyənliyin davam etməsi, bəzi neft ölkələri ətrafında siyasi vəziyyət ortamüddətli perspektivdə neft bazarında balansa və qiymətə təsir edən faktorlar kimi qeyd edilib. V.Drebentsov bu tendensiyada neftin 1 barelinin qiymətinin 100 ABŞ dollarınadək bahalaşması ehtimalını istisna etməyib. Yaxın perspektivdə tələbatın neft ehtiyatları hesabına qarşılanacağı, 2035-ci ildə neftə tələbatın pik həddə çatacağı, sonra isə tədricən azalacağı bildirilib. BP-nin proqnozlarına görə, dünya enerji balansında təbii qazın payı artacaq. Boru kəmərləri ilə ənənəvi qaz ixracı və idxalı ilə yanaşı, mayeləşdirilmiş təbii qazın (LNG) rolu 2040-ci ilədək əhəmiyyətli dərəcədə yüksələcək. LNG ixracatçısı kimi Yaxın Şərq, Şimali Amerika, Avstraliya, Afrika və Rusiya, əsas idxalatçıları olaraq Asiya ölkələri, Çin, Avropa fərqlənəcək. Şirkətin təhlil və hesabatına, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı inkişaf tendensiyası, dünya enerji balansında bu növ enerjinin mövqeyini möhkəmləndirən amillər və istehsal xərclərinin azaldığını əks etdirən məlumatlar daxil edilib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2019
Litva portalında Azərbaycanda və bu ölkədə törədilmiş faciəli yanvar hadisələri arasındakı oxşarlıqdan bəhs olunub
20.01.2019
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2019
Özbəkistan portalı: 20 Yanvar - Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq günü
20.01.2019
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info