Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib
Tarix: 08.11.2018 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


Sofiyada yerləşən “Sofia Balkan” otelində Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbir Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində təşkil edilib.
Biznes forumu açan Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova Azərbaycan heyətini ölkəsində görməkdən məmnun olduğunu bildirib, respublikamızın uğurlu inkişaf yolunda olduğunu vurğulayıb. Azərbaycanın Bolqarıstanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir kənd təsərrüfatı, sənaye, əczaçılıq, kimya və digər sahələrdə birgə müəssisələrin yaradılması üçün əməkdaşlıq imkanlarının olduğunu deyib, biznes forumun əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olacağını qeyd edib. Bolqarıstan şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran Temenujka Petkova forumun işinə uğurlar arzulayıb.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizin son illərdə sürətli inkişafa nail olduğunu deyib. Nazir bildirib ki, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi dövlətimizin başçısının müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Xüsusilə kənd təsərrüfatı sektorunun Azərbaycanda inkişafı barədə danışan nazir bu sahənin vergidən azad olduğunu, xarici investorlar üçün maraq cəlb etdiyini nəzərə çatdırıb. Forumun işinə uğurlar arzulayan İ.Kərimov, bu kimi tədbirlərin ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması, ikitərəfli əməkdaşlığın daha da güclənməsi istiqamətində mühüm platforma olduğunu vurğulayıb.
Ölkələrimiz arasında iqtisadi, ticari, elmi-texniki əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayan Bolqarıstanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin direktoru Aleksandr Minev Bolqarıstan hökumətinin ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün yaratdığı əlverişli mühit barədə məlumat verib. O, forumun iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.
Tədbirdə iştirak edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Cənubi Qafqazda ümumi daxili məhsul istehsalının 60 faizdən çoxunun Azərbaycanın payına düşdüyünü bildirib. O nəzərə çatdırıb ki, Azərbaycanda aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında ölkənin mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək, ən çox islahat aparan ölkə elan olunub. Nazir müavini qeyd edib ki, yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info