Bu gündən “BakıFilEkspo” V Milli Filateliya sərgisi işə başlayıb
Tarix: 08.11.2018 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


8 noyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərmarka” MMC və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə Xalça Muzeyində “BakıFilEkspo” V Milli Filateliya sərgisinin açılışı olub. Sərgidə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Dənizkənarı Bulvar İdarəsinin sədrinin müavini Elşən İsgəndərov, “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva, Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov, filatelistlər, numizmatlar və digər kolleksiyaçılar iştirak edib. Sərgidə çıxış edən nazir müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan Dövlət Bayrağının 100 illiyi kimi əlamətdar günün astanasında belə tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Ordumuzun, Azərbaycan Qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinin qeyd edilməsi də bu qəbildəndir. “Bildiyiniz kimi, bu ilin 9 noyabrında Azərbaycan Dövlət Bayrağının təsis edilməsinin 100 ili tamam olur. Hesab edirəm ki, milli filateliya sərgisinin bu qürurlu tarixə həsr olunması onun əhəmiyyətini daha da artırır. Sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi” və “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq sərəncamlarına uyğun olaraq təşkil edilib. İnanıram ki, “BakıFilEkspo” V Milli filateliya sərgisi də Azərbaycan filateliyasının, ümumiyyətlə, kolleksiyaçılığın tarixində yeni mərhələ olacaq” – deyə nazir müavini qeyd edib. Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov məlumat verib ki, sərgidə 7 nominasiyada müsabiqələrin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ümumiyyətlə, sərgidə bütün nominasiyalarda 19 kolleksiya, 34 çap işi nümayiş etdirilir. “Bunlardan 4 toplu rəsmi dərəcədə, 20 çap işi müsabiqədən kənar dərəcəsində, 8 toplu filateliya sinfində, 3 toplu filokartiya və fuluminiya sinfində, 4 toplu numizmatika sinfində və 14 çap işi ədəbiyyat sinfində təqdim edilir. Müsabiqə dərəcəsində göstəriləcək 19 topludan 13-ü isə ilk dəfə nümayiş etdirilir” – deyə o vurğulayıb. R. Əhmədov qeyd edib ki, milli filateliya sərgisində Azərbaycan dövlətçiliyinin önəmli səhifələrinə həsr olunmuş “Azərbaycan Xanlıqlarının pul dövriyyəsi tarixi” adlı sikkə kolleksiyası da ilk dəfə nümayiş olunur. 300-ə qədər sikkədən ibarət olan kolleksiyada Gəncə, Şəki, Şirvan, İrəvan, Quba, Təbriz, Dərbənd və Qarabağ xanlıqları təmsil olunur. Sonra kolleksiyalara baxış keçirilib. Tədbirdə bir-birindən fərqli, nadir kolleksiyalar nümayiş etdirilib. Cümhuriyyət dövrünün poçt tarixi, SSRİ dönəmində Azərbaycana həsr olunmuş markalı zərflərin buraxılışı, 1992-2018-ci illərdə Azərbaycanda buraxılmış maraqlı poçt markaları və digər kolleksiyalar böyük maraq doğurub. Sərgidə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilə Dənizkənarı Bulvar İdarəsinin sədrinin müavini Elşən İsgəndərov Azərbaycan Dövlət Bayrağına həsr edilmiş poçt markasını xüsusi ştempellə möhürləyiblər. Filateliya sərgisində şəxsiləşdirilmiş poçt markaları bir neçə çeşiddə çap olunaraq iştirakçılara təqdim olunub. “Azərmarka” MMC və “Num.az” MMC-nin köşklərində filateliya və numizmatika üzrə materialların və aksesuarların da satışı təşkil edilib. V Milli Filateliya sərgisində nümayiş etdikləri kolleksiyalara görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 7 nəfər xatirə qızıl medalı ilə, 5 nəfər xatirə gümüş medalı ilə, 5 nəfər xatirə bürünc medalı, 3 nəfər isə diplomla təltif olunub. Sərgi 9 noyabr tarixinədək davam edəcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info