Dohada “Karabakh Perfume” fəaliyyətə başlayıb
Tarix: 08.11.2018 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Qətərin paytaxtı Doha şəhərinin ən böyük ticarət mərkəzlərindən olan “Doha Festival City Mall”da “Product of Azerbaijan” brendi altında “Karabakh Perfume” adı ilə Azərbaycan parfümeriya məhsullarının satış mərkəzi fəaliyyətə başlayıb.
Ölkəmizin Qətərdəki səfirliyindən verilən məlumata görə, mərkəzdə “Shikasta”, “Natavan”, “Bayati Shiraz”, “Rast”, “Buta”, “Khankendi”, “Shusha”, “Sarvan”, “Panahalikhan”, “Jidir Duzu”, “Khari Bul Bul” və “Chelebi” olmaqla, ümumilikdə, 12 adda və çeşiddə Azərbaycan parfümeriya məhsulunun satışı həyata keçiriləcək.
Satış mərkəzinin açılışı münasibətilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Dohada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, Qətərin məşhur media mənsubları iştirak ediblər. Azərbaycan məhsulları alıcılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edilən satış mərkəzinin fəaliyyətinin təmini Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində həyata keçirilib.
Dohada satış mərkəzinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının satışı ilə yanaşı, ölkəmizin tarixi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, Azərbaycan tarixinin və mədəniyyətinin xaricdə təbliğinə xidmət edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
21.01.2019
2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub
21.01.2019
Qadın sahibkarlara verilən kreditlər hesabına 8500-dən çox iş yeri yaradılacaq
21.01.2019
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info