Bayraq Gününə həsr edilmiş tədbir
Tarix: 08.11.2018 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Bakı şəhəri Yasamal rayonu 175 nömrəli məktəbdə B Bayraq Gününə həsr edilmiş tədbir keçirilib. Aparıcılar Gövhər Həmdullayeva və Nəsimi Süleymanlı qonaqları salamlayaraq tədbiri açıq elan ediblər.
Ayxan Məmmədlinin möhtəşəm “Bayraq” şeirindən sonra üçrəngli dövlət bayrağımız zala gətirilib. Şagirdlər Səadət Hüseynova, Nuranə İbrahimova, Nuray Şükürova göy, qırmızı və yaşıl geyimlərilə bayrağımızın rəmzi mənalarına aid şeirlər söyləyiblər.
Sonra şagirdlər tərəfindən Bayraq Gününə həsr edilmiş ədəbi bədii kompozisiya başlanıb. Şagirdlərin çıxışları qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Şagirdlərdən Tahirzadə Sənubər, İsmayılzadə Nərgiz, Əliyev Əli, Alxasov Araz, Gülməmmədzadə Zəhra, Quliyeva Aylin tərəfindən söylənilmiş şeir və çıxışlar, Pirişov Rəhmanın tarda ifası, Nəcəfli Ömərin ifa etdiyi “Əsgər marşı” mahnısı və s. qonaqlar tərəfindən alqışlara səbəb olub. Tədbirin sonunda məktəbin direktoru Tural Mirzəliyev çıxış edərək qonaqları Bayraq Günü münasibətilə təbrik edib. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Tədbirin təşkilatçısı 5D sinfinin rəhbəri, ingilis dili müəllimi Gülşən Şiriyevadır.





 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib
21.01.2019
“AZƏRSUN HOLDİNQ”-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib
21.01.2019
Mustafa Abbasbəyli Sahil Babayevə müşavir təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info