Bakı Metropoliteni 5 xətdən, 76 stansiyadan ibarət olaсaq
Tarix: 08.11.2018 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteni 5 xətdən, 76 stansiyadan ibarət olaсaq

Bakı Metropoliteninin yaxın 20 il ərzində perspektiv inkişafı üzrə proqrama uyğun olaraq, gələсəkdə Bakı Metropoliteni 5 xətdən ibarət olaсaq.
Bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.
Onun sözlərinə görə, 2 mövсud və 3 yeni əlavə xəttin ümumi uzunluğu 119 kilometr, stansiyaların sayı isə 76-ya çatacaq: "Yəni perspektivdə 51 yeni stansiyanın və 82,43 kilometr metro xətlərinin inşası nəzərdə tutulur".
Ə.Osmanov bildirib ki, hazırda Bakı metropoliteni 3 xətdən («İçərişəhər-Həzi Aslanov», «Xətai-Dərnəgül» və “Avtovağzal-Memar Əcəmi-2”) ibarətdir:
"Stansiyalardan səkkizi dərinözüllü, qalanları isə dayazözüllüdür. Minimum hərəkət intervalı 120 saniyə olmaqla, maksimum hərəkət ölçüləri saatda 30 cüt qatardır. Hazırda metropolitendə 92 eskalator, 8 travalator və 12 lift istismardadır. Tunel tikililərinin ümumi uzunluğu 95,36 kilometrdir. Şəhər relyefinin müxtəlifliyi çərçivəsində təpəlik ərazidə yerləşən Bakı metropoliteninin trassası 60 ‰ və 40 ‰ minlik mailliklərə və çoxlu əyrilərə malikdir. 5 dartı, 13 dartı-alçaldıcı və 18 alçaldıcı yarımstansiyalar təxminən 3,2 min kilometrlik uzunluqda kabel xətləri ilə Bakı Metropolitenini fasiləsiz surətdə elektrik enerjisi ilə təchiz edir. 53 ventilyasiya şaxtası və 102 baş havadəyişmə ventilyatoru metroya təmiz havanın daxil olmasını və işlənilmiş havanın kənarlaşdırılmasını təmin edir. Respublika rəhbərlərinin dəstəyi və yardımı sayəsində son illər ərzində Bakı metropoliteninin «Nəsimi», «Azadlıq prospekti», «Dərnəgül» , “Avtovağzal” və “Memar Əcəmi-2” kimi yeni stansiyalar istismara verilmişdir, bunlar öz rahatlığı və dizaynı ilə sərnişinləri heyran qoyur. «Azadlıq prospekti», “Avtovağzal” stansiyaları Bakı metropoliteninin ilk təktağlı və sütunsuz stansiyaları olub".
Baş mühəndis deyib ki, bundan başqa, təqdim olunan variantda yeni stansiyaların tikintisi zamanı sərnişin nəqliyyatının digər növləri ilə çoxfunksiyalı inteqrasiya və əlaqələndirmə məsələləri də həll olunur: "Yeni metro xətlərindən ötrü stansiyaların uzunğulu 140 metrə çatdırılıb ki, bu da həmin xətlərdə hərəkət edən qatarların 7 vaqondan ibarət olmasından irəli gəlir. Yeni stansiyanın tikintisi ilə bərabər, mövcud stansiyaların yenidənqurulması işi davam edir. “Koroğlu”, “İçərişəhər”, “Elmlər Akademiyası”, “Sahil”, “Nizami”, “N.Nərimanov”, “Gənclik”, “İnşaatçılar”, “20 Yanvar”, “Q.Qarayev”, “X.Dostluğu” kimi stansiyalarda artıq yenidənqurma işləri aparılmışdır. «Xətai» stansiyasında yenidənqurma işləri davam edir. Avropa standartlarına uyğun Almaniyanın «Thyssen krupp» firmasının istehsalı olan «Viktoria» Tube tipli eskalatorlar qurulur".
O bildirib ki, 2012-ci ilin yayında sərnişin axınının çoxluğu ilə fərqlənən «28 may» stansiyasında mövcud LT-3 eskalatorları əvəzinə Almaniya istehsalı olan 4 müasir Tugela eskalatorları qurulub: "Metro stansiyalarının inşası sahəsində ən yeni dizayna müvafiq surətdə stansiyanın həm yerüstü vestibülün, həm də yeraltı yollarının görkəmi tamamilə dəyişdirilmişdir. «Elmlər Akademiyası» stansiyasının ikinci çıxışının inşası, avadanlıqların quraşdırılması başa çatdırılmış, ən müasir avadanlıqlar quraşdırılmış, orada inşa edilmiş yarımstansiya istismara verilmişdir".

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info