Cənub Ərazi Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Tarix: 08.11.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsində cənub zonasında kartofçuluqla məşğul olan bir qrup fermerlə görüş keçirilib.
Görüşdə çıxış edən Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını bildirib, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artırılması istiqamətində atılan addımlar barədə məlumat verib.
İdarə rəisi qeyd edib ki, son illərdə həyata keçirilən islahatlar, sahibkarlıq subyektlərinə müxtəlif sahələrdə edilən güzəştlər iqtisadiyyatımızın aparıcı qüvvəsi olan özəl sektorun daha da inkişafına münbit şərait yaradıb.
O da vurğulanıb ki, gömrük orqanlarında aparılan islahatlar mal və nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtının qısaldılmasına, şəffaflığın təmin olunmasına, idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə reallaşdırılmasına şərait yaradıb ki, bu da sahibkarlıq mühitinin stimullaşdırılmasında mühüm rol oynayan amillərdir.
Görüşdə fermerlərə gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunan sənədlərin qanunvericiliyə uyğun şəkildə tərtib edilməsi, gömrük ödənişlərinin vaxtında ödənilməsi tövsiyyə olunub və bildirilib ki, gömrük orqanları hər zaman sahibkarların problem və təkliflərini dinləməyə, onların operativ şəkildə həll olunmasını təmin etməyə hazırdır.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə fermerlərin fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info