AMEA ilə Dövlət Gömrük Komitəsi arasında anlaşma memorandumu imzalanıb
Tarix: 08.11.2018 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimindən əvvəl AMEA-nın prezidenti, akademik Akif Əlizadə DGK ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Birgə fəaliyyətin idxal-ixrac əməliyyatlarında, əməliyyat-axtarış tədbirləri zamanı elmi araşdırmalardan istifadə edilməsi, informasiya texnologiyalarının tətbiqi, təhsil və elmi-tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılması, müştərək layihə və tədbirlərin həyata keçirilməsi baxımından zəruriliyini vurğulayıb.
Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edib. Komitə sədri DGK-nın fəaliyyəti və perspektivlərindən, gömrük işi sahəsində həyata keçirilən islahatlardan, dövlətin bu sahəyə diqqət və qayğısından söz açıb. Gömrük orqanlarında müvafiq xidmət sferalarının keyfiyyətinin yüksəldilməsi istiqamətində elmi əməkdaşlığın vacibliyini qeyd edən S.Mehdiyev AMEA ilə DGK arasında işgüzar əməkdaşlığın bundan sonra daha sıx davam etdiriləcəyinə əminliyini bildirib. Tədbirdə digər çıxış edənlər memorandumun müştərək fəaliyyət istiqamətində atılmış uğurlu addım olduğunu, əməkdaşlığın genişlənməsinə təkan verəcəyini bildiriblər.
Sonda AMEA ilə DGK arasında anlaşma memorandumu imzalanıb. Sənəddə gömrük işi ilə əlaqədar elmi tədqiqat aparan, habelə müvafiq ixtisaslar üzrə təhsil alan magistrant, doktorant və dissertantlara şərait yaradılması, elmi araşdırmalar zamanı gömrük işi ilə əlaqədar müvafiq məlumatların daha asan və sürətli əldə olunmasına lazımi şərait yaratmaq məqsədilə informasiya texnologiyalarının tətbiqi imkanlarından geniş istifadə edilməsi və s. məsələlər yer alır.
Sənədi akademik Akif Əlizadə və gömrük xidməti general-leytenantı Səfər Mehdiyev imzalayıblar.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb
20.11.2018
Tələbələr “Kamança” pyesini ingilis dilində səhnələşdiriblər
20.11.2018
İngilis dilinin tədrisində peşəkar səviyyəli müəllim amili başlıca şərtdir
20.11.2018
UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır
20.11.2018
İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info